Daily Archives: 25.10.2016

ƏBƏDİ ON DOQQUZ YAŞLILAR: MASALLILI HAKİM HƏSƏNOV

Стандартный

hakim_h%c9%99s%c9%99nov

Hakim Cəmiyağa oğlu Həsənov (1973-1993) 1973-cü ilin oktyabrın 25-də Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1990-cı ildə Yeddioymaq kənd orta məktəbinin, 1991-ci ilin oktyabrında isə Bakı Dənizcilik Məktəbini bitirmişdir. Hakim 1992-ci il iyulun 5-də Azərbaycan Milli Ordusun Qusar batolyonunda hərbi xidmətə başlamışdır. Füzuli bölgəsində ermənilərə qarşı vuruşmuş, sentyabr ayında QubadlıLaçın bölgəsində gedən qızğın döyüşlərdə fəal iştirak etmiş, Muradxanlı, Güləbird, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mavutulu, Səfiyan, Türklər kəndlərinin erməni quldurlarından təmizlənməsində böyük şücaət göstərmişdir. Hakim FüzuliLaçınQubadlı və Zəngilan bölgələrində onlarla yaralı və meydin döyüş zonasından çıxarılmasına nail olmuşdur. Ona Komandirlər tərəfindən qoçaqlığına və cəsurluğuna görə təşəkkür edilmiş, iki dəfə məzuniyyət verilmişdir. Lakin o döyüş yoldaşlarından ayrılmamış, məzuniyyətə getməkdən imtina etmişdir. Hakim 1993-cü il aprelin 3-də Laçın bölgəsinin Qızartı kəndini erməni qəsbkarlarından azad edərək qəhrəmancasına həlak olmuş, Qasımlı kənd qəbristanlığında dəfn edilmişdir. Qasımlı kənd orta məktəbinə Hakim Həsənovun adı verilmişdir. Subay idi.

vikipediya

Реклама

25 OKTYABRDA HƏLAK OLANLAR: ZƏNGİLANLI BALOĞLAN SÜLEYMANOV

Стандартный

baloglansuleymanovkarabaxinfo.jpg

Süleymanov Baloğlan Süleyman oğlu — ölümündən sonra 16.09.1994-cü ildə «Azərbaycan bayrağı» ordeni ilə təltif edilib.

Baloğlan Süleymanov Azərbaycanın Zəngilan rayonundakı Keçikli kəndində 1960-cı ildə anadan olub. 1975-ci ildə səkkizillik məktəbi bitirib, sənədlərini rayondakı 144 nömrəli texniki peşə məktəbinə verib. Traktorçu-maşinist diplomunu aldıqdan sonra «1 May» kolxozunda traktorçu-mühəndis, rayon rabitə qovşağında mexanik işləmişdir. 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılır. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra edir. Read the rest of this entry