23 OKTYABR NADİR SƏSLİ AZƏRBAYCAN MÜĞƏNNİSİ SƏXAVƏT MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR

Стандартный

Səxavət Əmirxan oğlu Məmmədov (23 oktyabr 1953Ağdam rayonu — 30 sentyabr 1991) — Azərbaycan xanəndəsi.

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Səxavətin də səsi «Segah»a yatımlı idi, ruhu «Segah»a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz «Segah» ladındadır. «Ay Bəri Bax», «Uca Dağlar», «Yar Bizə Qonaq Gələcək», «Ay Çiçək», «Sarı Bülbül» «Külək» və s.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.