«LEYLİ VƏ MƏCNUN»SİETLDƏ — ALİM VƏ FƏRQANƏ QASIMOVLARIN AMERİKALILARLA BİRGƏ ÇIXIŞLARI

Стандартный

seatle-32

“Seatle daily”  qəzetində Azərbaycan muğam ustaları Alim və Fərqanə Qasımovların Amerikada Silk Road Ensemble kollektivi ilə birgə çıxışına həsr olunmuş məqalə çap olunmuşdur. Məqalənin müəllifi Tomas Meydir.

Müəllif yazır ki, ümumdünya şöhrətli rəqqas, xoreoqraf və quruluşçu Mark Morrisin rəqs qrupu “Layla və Məcnun” tamaşasında iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsəri əsasında hazırlanmıç tamaşa ilk dəfə 2007c-ci qoyulub, o vaxt Mark Morris iştirak təklifini rədd edib. Bu dəfə razılaşmağını dünyada “müsəlmanlara qarşı ədalətsiz rəftarla” izah edib.

Silk Road Ensembl kollektivini 2000-ci ildə məşhur violonçelçi Yo Yo yaradıb.

Tamaşanın rəssamı britaniyalı Hovard Hodkindir.

Məqalədə “Layla və Məcnun” (əsərin adı belə göstərilir – Ocaq”) Nizami Gəncəviyə aid edilir, hərçənd Üzeyir Hacıbəyovb operanı Füzulinin poeması əsasəında yazıb.

Qeyd edək ki, “Layla və Məcnun” janr etibari ilə rəqs tamaşasıdır, finalda səhnəyə dörd müxtəlif Leyli və dör Məcnun çıxır…

Məqalə müəllifi həmçinin Nizamini fars şairi adlandırır.

Alim Qasımov Və Fərqanə Qasımovların ifası “Mərkəzi Asiyaya məxsus üsluba” aid edilir.

Məqalədə “Leyli və Məcnun” Şekspirin “Romeo və Cülyetta” faciəsi ilə müqayisə edilir, ancaq Mark Morris bu iki əsər arasındakı prinsipial fərqləri də göstərir.

(materialı «Ocaq» qəzeti hazırlayıb)

 

Реклама

Обсуждение закрыто.