Daily Archives: 21.10.2016

21 OKTYABRDA HƏLAK OLANLAR: HACIQABULLU ASİF RƏHİMOV

Стандартный

asif_r%c9%99himov_s%c9%99hid

Asif Rəhimov — 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. Asif Rəhimov Qarabağ müharibəsinin iştirakçısıdır. 20 aprel 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Asif Rəhimov 7 noyabr 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Asif Rəhimov 1994-cü ilin 20 aprel tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.

Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur.

Реклама

ƏBƏDİ ON SƏKKKİZ YAŞLILAR: MİLLİ QƏHRƏMAN ELTON İSGƏNDƏROV

Стандартный

Elton_İsgəndərov.jpg

Elton Xaləddin oğlu İsgəndərov 1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub.

1996-cı ildə Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olunmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

Elton İsgəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib.

2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib.

Samux rayonu Əhmədbəyli kənd qəbristanlığında dəfn edilib.

2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb.

Ganca.az saytında isə məlumat verilib ki, Cəlilabad ərazisində hərbi xidmətdə olan əsgər Elton Xaləddin oğlu İsgəndərov «Meşə qardaşları» terror təşkilatının üzvləri sərhədimizi keçmək istəyərəkən başlanan vuruşma zamanı həlak olub. Sərhədi keçməyə cəhd edən «Meşə qardaşları» terror təşkilatının yaraqlıları ilə atışma zamanı iki nəfər zabitimiz yaralanıb, Elton İsgəndərov isə aldığı güllə yarasından keçinib. Terrorçulardan isə bir nəfər elə E.İsgəndərov tərəfindən məhv edilib, 3 nəfərsə yaxalanıb.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu il tarixli 349 saylı fərmanı ilə Elton Xaləddin oğlu İsgəndərov «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

vikipediya

«LEYLİ VƏ MƏCNUN»SİETLDƏ — ALİM VƏ FƏRQANƏ QASIMOVLARIN AMERİKALILARLA BİRGƏ ÇIXIŞLARI

Стандартный

seatle-32

“Seatle daily”  qəzetində Azərbaycan muğam ustaları Alim və Fərqanə Qasımovların Amerikada Silk Road Ensemble kollektivi ilə birgə çıxışına həsr olunmuş məqalə çap olunmuşdur. Məqalənin müəllifi Tomas Meydir.

Müəllif yazır ki, ümumdünya şöhrətli rəqqas, xoreoqraf və quruluşçu Mark Morrisin rəqs qrupu “Layla və Məcnun” tamaşasında iştirak etmişdir. Üzeyir Hacıbəyovun əsəri əsasında hazırlanmıç tamaşa ilk dəfə 2007c-ci qoyulub, o vaxt Mark Morris iştirak təklifini rədd edib. Bu dəfə razılaşmağını dünyada “müsəlmanlara qarşı ədalətsiz rəftarla” izah edib.

Silk Road Ensembl kollektivini 2000-ci ildə məşhur violonçelçi Yo Yo yaradıb.

Tamaşanın rəssamı britaniyalı Hovard Hodkindir.

Məqalədə “Layla və Məcnun” (əsərin adı belə göstərilir – Ocaq”) Nizami Gəncəviyə aid edilir, hərçənd Üzeyir Hacıbəyovb operanı Füzulinin poeması əsasəında yazıb.

Qeyd edək ki, “Layla və Məcnun” janr etibari ilə rəqs tamaşasıdır, finalda səhnəyə dörd müxtəlif Leyli və dör Məcnun çıxır…

Məqalə müəllifi həmçinin Nizamini fars şairi adlandırır.

Alim Qasımov Və Fərqanə Qasımovların ifası “Mərkəzi Asiyaya məxsus üsluba” aid edilir.

Məqalədə “Leyli və Məcnun” Şekspirin “Romeo və Cülyetta” faciəsi ilə müqayisə edilir, ancaq Mark Morris bu iki əsər arasındakı prinsipial fərqləri də göstərir.

(materialı «Ocaq» qəzeti hazırlayıb)