MİLLİ QƏHRƏMANLAR: MASALLILI SƏFƏRALI MƏMMƏDOV

Стандартный

s%c9%99f%c9%99rali_m%c9%99mm%c9%99dov

Səfəralı Məmmədov 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür .

Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı FərruxdaAğbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. 1992-ci il 16 fevral Səfəralının son döyüşü oldu. Faşist, azğınlaşmış erməni dəstələri Xocavənd rayonunun Qaradağlı kəndinə hücum edib insanları vəhşicə qətlə yetirib meyitləri silos quyularına atmışdılar. Səfəralının başçılıq etdiyi dəstə erməni yaraqlılarını məhv edərək irəliləyirdi, onun idarə etdiyi maşın qumbaratanla vuruldu qəlpələrdən bir neçəsi kəmərindəki əl qumbarasına dəydiyindən o, faciəli surətdə həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Masallı rayonunun Sərçuvar kəndində dəfn edilib.

Vikipediya

Реклама

Обсуждение закрыто.