«APREL MÜHARİBƏSİ»NİN ŞƏHİDLƏRİ: ƏBDÜLMƏCİD AXUNDOV

Стандартный

Əbdülməcid_Axundov.jpg

Əbdülməcid Axundov — Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri. 2016-cı ilin 8 aprel tarixində Erməni Silahlı Qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olmuşdur.

Əbdülməcid Axundov 15 oktyabr 1993-cı ildə anadan olub. 2010-cü ildə Sumqayıt şəhərində yerləşən 16 saylı orta ümumtəhsil məktəbini bitirib. O,məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində ali təhsil alıb.Ali təhsilini başa vurandan sonra Əbdülməcid 2015-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, 

Əbdülməcid Axundov 2016-cı ilin 2 aprel tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. 9 aprel tarixində isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olunmuşdur.

Ə.Axundov ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilmiş,adına mükafat təsis olunmuşdur.

vikipediya

 

Обсуждение закрыто.