BU GÜN MİLLİ QƏHRƏMAN SAMİD İMANOVUN 35 YAŞI TAMAM OLARDI…

Стандартный

Samid Gülağa oğlu İmanov (d. 14 oktyabr 1981HəsənabadNeftçala rayonuAzərbaycan SSRSSRİ – ö. 2 aprel2016TalışTərtər rayonuAzərbaycan) —Azərbaycanın Milli Qəhrəmanı; Dördgünlük müharibə şəhidi.

Samid_İmanov.jpg

Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində anadan olub. 1998-ci ildə Neftçala rayonunun 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olmuşdur. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir. 2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir.

Türkiyədə “daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″, ”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumıniyada “dağa dırmanma üzrə təlimatcı» kursunda iştirak etmişdir.

Zakir Həsənovun bir müddət muhafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah reisi və xüsusi təyyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-ci il avqust ayında erməninin təxribatının qarşısın almaq ücün Samid İmanovun dəstəsi əməliyyat kecirtmiş 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar.

Dördgünlük müharibəsində, atışmada yaralanan komandir, əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz eləmiş, yaralı gizirin çıxardılmasını əmr etmişdir. Əsgərlərinin etirazına baxmayaraq. əmrin icra edilməsi ücün qəti göstəriş vermişdi. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək ücün ordan uzaqlaşmış, lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.

Samid İmanov 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ailəli idi, 1 qızı və 1 oğlu var idi.

Xidməti müddətində 6 medalla təltif olunub.

 

VİKİPEDİYA

 

Обсуждение закрыто.