İÇİMİZDƏKİ İSTEDADLAR VƏ İÇİMİZDƏKİ QURD

Стандартный

nail

Bizim adam dünyanın uzaq ölkələrində, hətta uzaq planetlərdə baş verən möcüzələrdən, ağaca dırmaşan heyvanlardan, ağılca Eynşteyni geridə qoyan uşaqlar kimi möcüzələrdən saatlarla danışmağa hazırdır və danışır da. Bizim adam bir əli üstündə başayaq gəzənlərin videosunu İnternetdə paylaşır və Həzrət Əliyə and verir ki, dostları da bu videonu paylaşsınlar.

Ancaq öz işimizdə olan istedadları, öü də həqiqi istedadları görəndə bizim adam üzünü yana çevirir, özünü nəinki görməzliyə, hətta korluğa qoyur. Çünki bizim adamın içində qurd var.

Nail Əkbərovun musiqi istetadı Allah vergisidir, ancaq biz Allahımızı tanımadığımız kimi istedadlarımızı da tanımırıq, istedadlarımızı tanımağa bizi içimizdəki qurd qoymur. Ona görə on səkkiz yaşının tamamında Nailin bir dənə də peşəkar studiya yazısı yoxdur.

Bizim adam pulunu torpağa basdırar, yandırıb külünü göyə üfürər, ancaq xalqın mədəniyyətinə, maarifinə xərcləməz…

18 yaşı ərəfəsində Nail Xalqlar dostluğu evində özü təşkil etdiyi konsürtdə oxudu. Zala baxan görərdi ki, Nailin doğma əmiləri də gəlməyiblər…

Ancaq insanın işindəki qurd onun özünü yeyib-dağıdır. Allah özü verdiyi istedadı itib-batmağa qoymaz. Nailin səsi bir vaxt hökmən böyük səhnələrdən gələcək. Bəlkə o vaxt indi onu saymayan əmiləri-dayıları onun konsertləri keçən zallara, istəsələr də, düşə bilməyəcəklər…

Mən çoxdan nəzərdə tutmuşdum ki, Nailin 18 yaşına qəzetimiz çıxar, birinci səhifədə Nailə təbriklərlə. Təəssüf ki, içimizdəki qurd qəzeti də kəsib-doğradı… Yaxşı ki, içlərində bizim kimi qurd gəzdirməyən amerikalıların yaratdığı İnternet var. Və bu İnternet vasitəsiylə Naili təbrik edirəm. Ona böyük sənət uğurları, özümə də uzun mür arzulayıram ki, onun möhtəşəm zallardakı konsertlərini heç olmasa televiziya ilə görə bilim…

X.X.

 

 

Обсуждение закрыто.