11 OKTYABRDA HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN TAHİR BAĞIROV

Стандартный

tahir-baqirov-milliqehreman

Tahir Əminağa oğlu Bağırov 14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. Əli Bayramlı şəhərində 1974-cü ildə 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordususıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 istehsalat birliyində İES-də nəqliyyat sexində işləmişdir.

Tahir Bagırov Milli Ordu hissələri təşkil edilməyə başlananda onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir.

1992-ci il 11 oktyabrda gedən döyüşlərdə baş çavuş T.Bağırov qəhrəmancasına həlak olmuşdur.Ailəli idi. İki oğlu yadigar qaldı.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.