6 OKTYABR 1919 — AZƏRBAYCANLI HƏRBİ TƏYYARƏÇİ CAHANGİR BAĞIROV ANADAN OLUB

Стандартный

cahangir_bagirov

Cahangir Bağırov və ya Vladimir Bağırov (6 oktyabr 19195 iyun 1943) — Təyyarəçi, «Lenin» ordeni kavaleri.

Mircəfər Bağırovun böyük oğlu olan Cahangir atası ilə Həştərxanda işləyərkən ailə quran zadəgan qız Mariyanın nigahından 6 oktyabr 1919-cu ildə dünyaya gəlmişdir. 1926-cı ildə anası vəfat etmişdir.

 

Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub. Eysk hərbi-dəniz məktəbində və Taşkənt hərbi məktəbində oxuyub. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib. Moskva ətrafı döyüşlərdə iştirak edib. 1942-ci ildə Serpuxov ətrafındakı döyüşdə yaralanıb[1]. 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib[2]. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb[3].

5 iyun 1943-cü ildə Obayan aerodromu yaxınlığında[4] qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra «Lenin» ordeni veriblər. Şəhidin cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır[5].

SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə «Lenin» ordeni ilə təltif olunmuşdur.

Mircəfər Bağırovun böyük oğludur.

Cen Bağırovun anadan ögey, atadan doğma qardaşı

 

Обсуждение закрыто.