Daily Archives: 05.10.2016

OYUNUNUZ OLSUN YOX EY, ŞƏKLİNİZ OLSUN, AY HƏMVƏTƏNLƏR…

Стандартный

Bir neçə ay əvvəl “Ocaq” qəzetinin FB səhifəsində bizim təşkilatımızın tədbirlərində çəkilmiş köhnə şəkilləri yerləşdirməyə başladım. Düşündüm ki, bu şəkillər hamı üçün maraqlı olacaq: hamımız ötən illər ərzində dəyişmişik, uşaqlar böyüyüb, gənclər yaşa dolub, cavanlar… cavanlar da yaşa dolublar. Və beş il, on il qabaq necə olduğumuzu görmək, birgə yaratdığımız hadisələri xatırlamaq yəqin ki, bir az qüssə doğursa da, ümumilikdə xoş olardı.

Təəssüf ki, xoş niyyətlə gördüyüm bu iş (bəzi şəkilləri üzə çıxarmaq üçün saatlarla, günlərlə kompüter arxasında oturmuşam) çoxlarında mənə olan mənfi münasibəti daha da artırdı. Məlum oldu ki, hər kəs öz şəklini görmək istəyir. Elələri də var ki, öz şəklini gündə iki ya üç dəfə görmək istəyir…

Adam bəzən yerə girmək istəyir…

Bunu qoyuram bir yana.

Arxiv şəkillərindən rekord baxım yığan Samarada bizim tədbirimzdə oxumuş bir müğəninnin şəklidir. Bu günə qədər 995 dəfə baxılıb. Buna sevinmək də olardı. Yəni belə başa düşmək olardı ki, biz musiqini və musiqiçiləri sevirik.

%d1%82%d1%83%d1%80%d0%b0%d0%bb

İndi bu əsgərin şəklinə baxın. Bu uşaq (doğrudan da uşaqdır!) 1988-ci ildə Ermənistandan ailəsi ilə qovulub, 18 yaşı olan kimi Azərbaycanda aparıblar əsgərliyə və tezliklə həlak olub.

MİKAYIL MUSTAFAYEV.jpg

Cəmi 29 dəfə şəklinə baxılıb. Özü də bu statistikanın iki qatı var. 29 o deməkdir ki, şəkil 29 istifadəçinin səhifəsində lentdə görünüb, neçə istifadəçi məqaləni açıb oxuyub, məlum deyil. Bəlkə beş adam, bəlkə daha az…

İndi mən deyəndə ki, biz Stepanakerti ala bilmərik, niyə məndən inciyirsiniz? Əsgərə, şəhidə belə münasibətlə biz hərbi uğur qazana bilərikmi? Qazana bilmərik! İnciyən cəhənnəmə incisin!

Biz şəhidə, əsgərə belə münasibətlə nəinki Stepanakerti, hətta Ağdamı, Qubadlını da ala bilmərik, necə ki, ala bilmirik. Kim ki gözləyirsə  “onların vətənini Putin ermənilərdən alıb verəcək, gözləsin.Allah deyir ki, səbr edin, mən səbr edənlərnənəm”.

Bu qəşəng müğənninin  şəklinə də çox baxın. Çünki bu qəşəng müğənninin yetirən torpaq indi erməni müğənniləri yetirir və adını da dəyişib qoyub Kovsagen…

X.X.

Реклама

MİLLİ QƏHRƏMANLAR: CƏMİL NİFTƏLİYEV

Стандартный

c%c9%99mil-nift%c9%99liyev

Cəmil Niftəliyev 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir.1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. Read the rest of this entry