ƏBƏDİ ONSƏKKİZ YAŞLILAR: MİKAYIL MUSTAFAYEV

Стандартный

mikayil_mustafayev

Mikayıl Murtuzəli oğlu Mustafayev 3 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun Düzkənd kəndində anadan olub. 1981-ci ildə həmin kəndə orta məktəbə gedib. 1988-ci ildə erməni millətçilərinin azərbaycan ailələrini Erməistandan çıxartması ilə əlaqədar didərgin düşərək ailələri ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1991-ci ildə Bayan kəndində orta məktəbi bitirmişdir.

1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Vətən üğrunda gedən doyüşlərdə iştirak etmişdir. 28 fevral 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən (Canyataq-Gülyataq) döyüşlərdə şəhid olmuşdur.Daşkəsən şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur.Bitirdiyi Bayan kənd orta məktəbinə onun adı verilmişdir.

Обсуждение закрыто.