Daily Archives: 01.10.2016

MİLLİ QƏHRƏMANLAR: KƏRƏM MİRZƏYEV

Стандартный

kerem-mirzeyev-milliqehrean-1

Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 19831985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi. Read the rest of this entry

Реклама

MİLLİ QƏHRƏMANLAR: KAZIM MƏMMƏDOV

Стандартный

kazim-m%c9%99mm%c9%99dov

Kazım Məmmədov 1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 19761986-cı illərdə burada məktəbdə oxumuşdur. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub Gəncəyə dönür.

Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olur, bununla da onun cəbhə həyatı başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu. Read the rest of this entry

MƏZARI TAPILMAYANLAR: ƏSGƏR RƏŞADƏT PİRİYEV

Стандартный

r%c9%99sad%c9%99t_piriyev01

Rəşadət Piriyev 1 оktyabr 1973-cü ildə Bərdə rayоnunun Yеni Daşkənd kəndində anadan оlmuşdur. 1992-ci ildə Bərdə rayоn Hərbi Kоmisarlığı tərəfindən hərbi хidmətə çağırılmışdır. Еlə hərbi хidmətə çağılırdığı ilk günlərdən Kəlbəcər, Laçın və sоnra isə Qarabağ ərazilərində çох çətin və mürəkkəb döyüş əməliyyatlarının iştirakçısı оlmuşdur. О, qеyri-adi bacarığa malik оlan, həm rabitəçi оpеratоr, həm də hərbi tехnikanın zərərsizləşdirilməsi üçün əməliyyatçı idi. Hələlik, rəsmi məlumatlara görə itkin sayılır. Qеyri rəsmi məlumatlara görə isə mühasirəyə düşmüş yaralı tağım kоmandirinin azad еdilməsi zamanı, tağımın apardığı döyüş əməliyyatında qəhrəmancasına şəhid оlmuşdur.

11 fеvral 1994-cü ildə Kəlbəcərdə şəhid оlmuşdur. Məzarının yеri dəqiq məlum dеyil.

VİKİPEDİYA

MİLLİ QƏHRƏMANLAR: İMAMVERDİ ƏLİYEV

Стандартный

imamverdi_%c9%99liyev

İmamverdi Barat oğlu Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində anadan olmuşdur. 1969-cu ildə Kürdmahmudlu kәnd orta mәktәbini bitirmişdir. Mәktәbi bitirdikdәn sonra İmişli rayonu Hәrbi Komissarlığının göndәrişi ilә Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildә hәqiqi hәrbi xidmәtә çağırılıb. 1972-ci ildә ordudan tәrxis olunduqdan sonra Bakı şəhəri Yasamal rayonunun Daxili İşlәr Şöbәsindә sürücü-milis nәfәri kimi işә başlayıb, oxumaq arzusu ilә 19731977-ci illәrdә Bakı Mailyyә-Kredit Texnikumunda tәһsil almışdır. Sonra Azәrbaycan Nәqliyyat milisinin Bakı xәtt milisindә işlәmişdir. Read the rest of this entry