22 SENTYABR 1918 — MİLLİ VALYUTANIN (MANATIN) ÇAP OLUNMASI HAQQINDA QƏRAR

Стандартный

22 sentyabr 1918 — Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının — manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib.
Həmin vaxtadək dövriyyədə bir neçə pul vahidi – çar dövründən qalan rubl (“Nikolay rublu”), Rusiyanın “Müvəqqəti Hökuməti” tərəfindən buraxılmış rubl (“Kerenski rublu”), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən buraxılan bonlar, eləcə də türk lirəsi işlənilirdi.
1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarların üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Азербайджанская Республика” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub.

valyuta-manat

Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
Azərbaycan manatı ilk vatxlarda türk lirəsinə 20:1 nisbətdə dövriyyəyə buraxılmışdı. Lakin, manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradırdı.
Sonradan SSRİ-nin tərkibinə qatılan Azərbaycanda manat dövriyyədən çıxarıldı. Nəhayət, Azərbaycan müstəqliyyini qazandıqdan sonra 1992-ci il iyulun 15-də manatın yenidən dövriyyəyə buraxılması barədə qərar verildi.
Bundan sonra manata keçid üçün hazırlıq işləri görüldü və 1992-ci il avqustun 15-də manat dövriyyəyə buraxıldı.
Milli valyutaya keçid prosesi 1992-ci ilin sonunadək davam etdi və bu müddətdə manatla yanaşı, köhnə sovet rublu da dövriyyədə olub. 1993-cü il yanvarın 1-dən manat 

Реклама

Обсуждение закрыто.