Daily Archives: 22.09.2016

İKİNCİ DÜNYA MÜHARİBƏSİ QƏHRƏMANI ƏHMƏDİYYƏ CƏBRAYILOVUN DOĞUM GÜNÜ

Стандартный
İKİNCİ DÜNYA MÜHARİBƏSİ QƏHRƏMANI ƏHMƏDİYYƏ CƏBRAYILOVUN DOĞUM GÜNÜ

Əhmədiyyə Cəbrayılov 22 sentyabr1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, «Armed Mişel», «Ryus Armed», «Хаrqo» və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən «Hərbi medal»la ilə təltif olunmuşdur.

1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır vəalmanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu.

%d0%b0%d1%85%d0%bc%d0%b5%d0%b4%d0%b8%d1%8f_%d0%b2%d0%be_%d1%84%d1%80%d0%b0%d0%bd%d1%86%d1%83%d0%b7%d1%81%d0%ba%d0%be%d0%bc_%d1%81%d0%be%d0%bf%d1%80%d0%be%d1%82%d0%b8%d0%b2%d0%bb%d0%b5%d0%bd%d0%b8

              Əhmədiyyə Cəbrayılov (solda) Müqavimət hərəkatı zamanı

1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur. Read the rest of this entry

Реклама

22 SENTYABR 1918 — MİLLİ VALYUTANIN (MANATIN) ÇAP OLUNMASI HAQQINDA QƏRAR

Стандартный

22 sentyabr 1918 — Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının — manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib.
Həmin vaxtadək dövriyyədə bir neçə pul vahidi – çar dövründən qalan rubl (“Nikolay rublu”), Rusiyanın “Müvəqqəti Hökuməti” tərəfindən buraxılmış rubl (“Kerenski rublu”), Tiflisdə Zaqafqaziya hökuməti tərəfindən buraxılan bonlar, eləcə də türk lirəsi işlənilirdi.
1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarların üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində “Азербайджанская Республика” ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta – manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub.

valyuta-manat

Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
Azərbaycan manatı ilk vatxlarda türk lirəsinə 20:1 nisbətdə dövriyyəyə buraxılmışdı. Lakin, manatın tədavülə buraxılmasından sonra digər valyutalar da dövriyyədə qaldı və bu, ölkənin maliyyə sistemində ciddi qarışıqlıq yaradırdı.
Sonradan SSRİ-nin tərkibinə qatılan Azərbaycanda manat dövriyyədən çıxarıldı. Nəhayət, Azərbaycan müstəqliyyini qazandıqdan sonra 1992-ci il iyulun 15-də manatın yenidən dövriyyəyə buraxılması barədə qərar verildi.
Bundan sonra manata keçid üçün hazırlıq işləri görüldü və 1992-ci il avqustun 15-də manat dövriyyəyə buraxıldı.
Milli valyutaya keçid prosesi 1992-ci ilin sonunadək davam etdi və bu müddətdə manatla yanaşı, köhnə sovet rublu da dövriyyədə olub. 1993-cü il yanvarın 1-dən manat