Daily Archives: 20.09.2016

ŞƏHİDLƏR: AĞDAMLI SƏMƏD QURBANOV

Стандартный

Səməd_Qurbanov_(şəhid).jpg

Səməd Qurbanov 1974-ci il sentyabrın 20-də Quzanlı kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirəndən sonra bir neçə ay kolxozda çalışıb.

6 oktyabr 1992-ci ildə Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Üç aya yaxın Bakıda respublika DİN daxili qoşunlarının tərkibində qulluq edib, hərbi təlim keçib.

1993-cü il yanvarın 8-də Səmədgilin bataliyonu Ağdama ezam olunur və bundan cəmisi iki gündən sonra,yanvarın 10-da Fərrux dağının müdafiəsinə göndərilir. Yanvarın 30-da Ağdərə təxribatçı qüvvələrin geriləməsindən sonra batalyon komandanlıq tərəfindən oraya ezam edilir və bir sıra uğurlu əməliyyatlar aparır. Onlar bir- birinin ardınca fevralın 6-dan 8-dək Mehmanə uğrunda döyüşlərdə,fevralın 9-da və 10-da isə Drambon uğrunda döyüşlərdə iştirak edirlər.

Fevralın 11-də Koçaqot yüksəkliyini düşməndən geri alırlar,ancaq əlavə sursat qüvvə gəlmədiyindən mühasirəyə düşürlər. Fevralın 12-də səhər saat doqquzun yarısınadək ,yəni sursat və güllələr tam tükənənədək müdafiə olunurlar. Bu döyüşdə iştirak edən 275 nəfərdən yalnız 91-i mühasirədən çıxa bilir. Deyilənə görə Səməd yaralı dostu Rafiqi atəş nöqtəsindən uzaqlaşdırmaq istərkən snayper gülləsindən həlak olub.

vikipediya

Реклама

BU GÜN CƏLİLABADLI MİLLİ QƏHRƏMAN ARİF QUBADOVUN 50 YAŞI TAMAM OLARDI…

Стандартный

ARİF QUBADOV.jpg

Arif Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir.

1984-cü ildə hərbi xidmətə çağırılmışdır. Ermənistan Respublikasının torpalaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat etmişdir.

1992-ci ildən Milli Ordu sıralarında Arif Qubadovun şərəfli döyüş yolu başlamışdır. Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atılmışdır. Onun komandirlik etdiyi tağım erməniləri geri oturtmuş və onlarla erməni quldurunu məhv etməklə yanaşı, düşmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmışdır. 1993-cü ildə Arif Ağdam cəbhəsinə göndərilmişdir. ƏfətliYusifcanlı kəndləri ermənilərdən onun rəhbərliyi ilə təmizlənmişdir. 1993-cü ilin avqustundan cəsur döyüşçünün sorağı Füzuli cəbhəsindən gəlmişdir. ƏhmədbəyliAşağı Kürmahmudlu və Yuxarı KürmahmudluAlıxanlı kəndləri şəxsən Arifin komandirliyi ilə ermənilərdən azad edilmişdir. O, 1994-cü ildə Tərtər və Ağdərə rayonlarında da rəşadətlə döyüşmüşdür. Read the rest of this entry