VAQİF AXUNDOV KUYBIŞEVDƏ TORNAÇI İŞLƏYİB…

Стандартный

vaqif_axundov

Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 19681972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 19891994-cü illərdəBakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.

Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 19721975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.

1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 19751978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 19781992-ci illərdə DİN-də şöbə rəisinin müavini,şöbə rəisi işləmişdir.

19921993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.

Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, «Azərbaycan Bayrağı» ordeni və medallarla təltif edilmişdir.

Ailəlidi1r, 1  övladı var.

vikipediya

Обсуждение закрыто.