Vaqif Axundov 1950-ci il sentyabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1968—1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, 1989—1994-cü illərdəBakı Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. İxtisasca iqtisadçı-mühəndis, hüquqşünasdır.
Əmək fəaliyyətinə 1971-ci ildə Kuybışev şəhərində qazma-balta zavodunda tornaçı kimi başlamışdır. 1972—1975-ci illərdə Sovet Ordusu sıralarında zabit kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda leytenant Şmidt adına Maşınqayırma Zavodunda normalaşdırıcı, böyük mühəndis, iqtisadçı işləmişdir.
1975-ci ildə Azərbaycan Daxili İşlər Nazirliyində növbətçi hissə üzrə növbətçi köməkçisi, 1975—1978-ci illərdə Bakı şəhər Daxili İşlər İdarəsində komsomol komitəsinin katibi, 1978—1992-ci illərdə DİN-də şöbə rəisinin müavini,şöbə rəisi işləmişdir.
1992—1993-cü illərdə Azərbaycan Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Mühafizə İdarəsinin rəisi, 1993-cü ildən isə Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisidir.
Azərbaycan SSR Ali Sovetini Rəyasət Heyətinin Fəxri Fərmanı, «Azərbaycan Bayrağı» ordeni və medallarla təltif edilmişdir.
Ailəlidi1r, 1 övladı var.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.