Daily Archives: 13.09.2016

ВОДИТЕЛЬ «КОММУНЫ»

Стандартный

В ОФИСЕ У СТЕНДА 2.jpgМЕРКУШКИН.jpgОФИС ЗА СТОЛОМ.jpg

Баба (Новруз) Алиса оглы Гюльмамедов, уроженец села Гонагкенд Шамахинского района.

Работает водителем областной газеты «Волжская Коммуна».

13.09.2016, Дом Дружбы Народов

 

Реклама

13 SENTYABRDA HƏLAK OLANLAR: LERİKLİ QƏHRƏMAN RÖVŞƏN ABDULLAYEV

Стандартный

Rövşən_Abdullayev.jpg

Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.

Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.

Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Read the rest of this entry

13 SENTYABRDA HƏLAK OLANLAR: BƏRDƏLİ ZİYAFƏT BALIYEV

Стандартный

Ziyafət_Balıyеv.jpg

Ziyafət Balıyev 7 iyul 1965-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan оlmuşdur.
1983-1985-ci illərdə sоvеt оrdusu sıralarında sеrjant rütbəsilə hərbi хidmətdə оlmuşdur.
1985-1990-cı illərdə Bərdə rayоn 4 saylı ƏNG-da sürücü işləmişdir.
1990-1992-ci illərdə Bərdə rayоn DIŞ-də pоlis baş sеrjantı оlmuşdur.
24 mart 1991-ci ildə PPХ tağımının tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmişdir. Dəfələrlə еrmənilərin хеyli sayda canlı qüvvəsini məhv еtmişdir.
13 sеntyabr 1992-ci ildə Ağdərə rayоnunun Çıldıran kəndi uğrunda gеdən döyüşdə şəhid оlmuşdur.
Məzarı Bərdə rayоnunun Yеni Daşkənd kənd qəbiristanlığındadır.
Ziyafət Balıyеv ölümündən sоnra 6 yanvar 1995-ci ildə «Hərbi хidmətlərə görə» mеdalı ilə təltif оlunmuşdur.

VİKİPEDİYA

13 SENTYABR 1826 — GƏNCƏ DÖYÜŞÜ

Стандартный

Сражение под Елисаветполем — главное сражение между русскими и персидскими войсками, состоявшееся 13 (25) сентября 1826 года во времярусско-персидской войны (1826—1828) в 7 верстах от города Елисаветполя (ныне Гянджа).

Gəncə döyüşü — Rusiya-İran müharibəsi dövründə, 13 sentyabr 1826-cı ildə Gəncə ətrafında baş verən döyüş.

Şəmkir altında uğurdan sonra rus qoşunları sentyabrın 4-də Gəncənı tutdular. Sentyabrın 9-da Qafqaz korpusunun başlıca qüvvələri onlarla birləşdi. Şuşanın mühasirəsini buraxıb, buraya gələn Abbas Mirzə yeni döyüşün qaçılmaz olduğunu bilirdi. Sentyabrın 10-da Paskeviç də qoşunla Gəncəyə gəldi.

Döyüş sentyabrın 13-də Nizami Gəncəvi məqbərəsinin yaxınlığındakı çöldə oldu. Rus ordusunda 8700, İran ordusunda isə 35 min döyüşçü var idi. İki ordu arasında dəhşətli döyüş başladı. Ruslar yenə uğur qazandılar. 2 düşərgə, 4 bayraq, bir top və başqa hərbi qənimət ələ keçirdilər. İran ordusu 1000-ə qədər əsgər itirdi. 1100 əsgər, 2 batalyon komandiri və 7 zabit əsir düşdü. Uğurlu xan da əsir alınanlar içərisində idi. İran qoşunları dağınıq halda Araza doğru çəklib o taya keçdi.

Gəncə döyüşü 18261828-ci illər Rusiyaİran müharibəsinin ən böyük döyüşü oldu. Qafqazın da, bütün savaşın da taleyi burada həll olundu. Bu döyüşdən sonra İranordusu bir daha özünə gələ bllmədi.

Döyüşdən sonra rus komandanlığı üçün 1826-cı il üsyanlarını yatırmaqdan ötəri əlverişli imkan yarandı. Bu, Yermolovun baş komandan vəzlfəsində son fəal döyüşləri oldu.

Rus komandanlığı savaşın gedişində ara-sıra yerli qüvvələrdən də istifadə etməyə çalışırdı. 1826-cı ilin noyabrında Araz boyu sərhədi qorumaq üçün «Qarabağ türklərindən» (Mirzə Yusif Nersesov) qeyri-nizami atlı dəstə yaradıldı. 1827-ci il döyüşlərində Borçalı türklərinin könüllü atlı dəstələri də iştirak edirdi.

İran qoşunları, Lənkəran xanlığı sayılmazsa, artıq bütün Şimali Azərbaycan torpaqlarını tərk etmişdilər.

Сражение_под_Елисаветполем.jpeg.jpeg

Сражение под Елисаветполем. Худ. Франц РубоМузей истории Азербайджана (Баку)