11 SENTYABR 1914 — BÖYÜK KRIMTATAR XADİMİ, AZƏRBAYCANLILARIN DOSTU İSMAYIL QASPRALININ VƏFATI

Стандартный

İsmayıl Qaspıralı (Qasprinskiy), (8 mart 1851 – 11 sentyabr 1914) — əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi. Qaspıralı Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.

%d0%b8%d1%81%d0%bc%d0%b0%d0%b8%d0%bb%d1%8c-%d0%b1%d0%b5%d0%ba-%d0%b3%d0%b0%d1%81%d0%bf%d0%b8%d1%80%d0%b8%d0%bd%d1%81%d0%ba%d0%b8%d0%b9-bmp

                                                                        Doğanmaz madəri-giyti sənintək bir də bir dahi,

                                                                         Sübutunda bu bir gövlün gətirrəm şahid allahı.

                                                                           Basarkən cahili-qəflət büsbütün əqvami-islami,

                                                                             Çıxıb meydana oldun millətin bir sən mədədxahi.

Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən «Tərcüməçi» adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan «Dildə, fikirdə, işdə birlik!» şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: «Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin» deyərək düşüncələrini ortaya qoymuşdur.

Qaspıralı qadınlar üçün Aləmi Nisvan (Dünya Qadınları) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də Aləmi Subyan (Dünya Uşaqları) adlı bir nəşr çıxarmışdır. Qaspıralı, İslam Birliyinin (İttifaqi Müsəlmanlar) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.

İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atasıdır.

gasprinski_zardabi_and_topchubashov

İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy TopçubaşovBakı 1903-cü il

 

Обсуждение закрыто.