Daily Archives: 10.09.2016

MİLLİ QƏHRƏMANLAR: FƏRHAD HÜMBƏTOV

Стандартный

f%c9%99rhad-humb%c9%99tov

Fərhad Hümbətov  10 sentyabr 1968-ci ildə Ermənistanın Quqark rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.

O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də ŞuşaKosalarXankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 29 martda Xankəndiyaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.

Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.

vikipediya

 

Реклама

САМАРСКИЕ АЗЕРБАЙДЖАНЦЫ НА ПРАЗДНИКЕ В ЭКОГРАДЕ «ВОЛГАРЬ»

Стандартный
САМАРСКИЕ АЗЕРБАЙДЖАНЦЫ НА ПРАЗДНИКЕ В ЭКОГРАДЕ «ВОЛГАРЬ»

%d1%88%d0%b8%d1%80%d0%b2%d0%b0%d0%bd-1%d0%b0%d0%b7%d0%b5%d1%80%d0%b1%d0%b0%d0%b9%d0%b4%d0%b6%d0%b0%d0%bd%d1%80%d0%be%d0%b2%d1%88%d0%b0%d0%bd-1МОБИЛ НОВРУЗОВ 2.jpg

%d0%b8%d1%80%d0%b0%d0%bd%d0%b0САМИР.jpg

10 СЕНТЯБРЯ 2016 Г. ЭКОГРАД «ВОЛГАРЬ». «ДЕНЬ НАРОДОВ И НАЦИОНАЛЬНЫХ КУЛЬТУР САМАРСКОЙ ОБЛАСТИ»

10 SENTYABR 1939 -«CORABERT» RAYONU «MARDAKERT» ADLANDIRILIB

Стандартный

10 sentyabr 1939 – Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edilib.

Azərbaycan_Respublikasının_siyasi-inzibati_xəritəsi.jpeg

 

1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları «Hadrut» və «Mardakert» rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və İsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri «Qazıməmməd» adlandırıldı. 1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu «Mir-Bəşir» rayonu adlandırıldı. 22 noyabr 1949-cu ildə Sumqayıt, 4 fevral 1954-cü ildə Mingəçevir şəhərləri yaradıldı. 1954-cü ilin yanvarında Samux rayonu ləğv edildi. 1956-cı ilin aprelində Dəstəfur rayonu «Daşkəsən» rayonu adlandırıldı. 1956-cı ilin dekabrında Xızı, 1959- cu ilin sentyabrında Mərəzə rayonları ləğv olundu. 1959-cu ilin aprelində Qaryagin rayonu «Füzuli» rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 dekabr 1959-cu il fərmanı ilə Ağstafa, Qazıməmməd, Qonaqkənd, Mərəzə, Neftçala, Səfərəliyev, Siyəzən, Xudat rayonları ləğv edildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il fərmanı ilə Ağcabədi, Əli Bayramlı, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mir-Bəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz rayonları, Naxçıvan MSSR-də Ordubad və Şahbuz rayonları, DQMV-də Şuşa rayonu ləğv edildi. Lakin bir ildən sonra — 1964-cü ilin iyulunda Cəbrayıl, Qasım İsmayılov, Qubadlı, Puşkin rayonları, 1965-ci ilin yanvarında isə (bu vaxt N. S. Xruşşov artıq hakimiyyətdən uzaqlaşdırılmışdı) 1963-cü ildə ləğv edilmiş bütün rayonlar bərpa olundu. 1967-ci ilin iyulunda Astraxanbazar rayonu Cəlilabad, 1968-ci ilin sentyabrında Nuxa rayonu Şəki rayonu adlandırıldı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 may 1978-ci il fərmanı ilə DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu, 23 oktyabr 1978-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Babək rayonu adlandırıldı.