Daily Archives: 09.09.2016

9 SENTYABRDA HƏLAK OLANLAR: LAÇINLI ƏHMƏD HÜMBƏTOV

Стандартный

Əhməd Hümbətov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Əhməd Məhəmməd oğlu Hümbətov 10 iyun 1965-ci ildə Laçın rayonunun Aşağı Cicimli kəndində anadan olub. 1973-1981-ci illərdə Qazıdərə kənd orta məktəbində təhsil alıb. 1982-ci ildə Sumqayıt şəhərində PTM-i bitirib. 1984-1992-ci illərdə Sumqayıt şəhərində 3 saylı Evtikmə Kombinatında fəhlə işləyib. 1984-1986-cı illərdə Arxangelsk vilayətində həqiqi hərbi xidmət çəkib.

10 mart 1993-cü ildə Laçın rayon Daxili İşlər idarəsinə sıravi heyətə işə qəbul olunub. Laçın rayonunun Səfiyan, Güləbird, Suarası kəndləri uğrunda gedən qanlı döyüşlrdə şəxsi qəhrəmanlıq nümunələri göstərərək fəal iştirak edib.

Əhməd Goranboy, Qubadlı, Cəbrayıl, Füzuli rayonları ərazisində gedən bir çox döyüşlərinin iştirakçısı olub.

Əhməd Hümbətov ağır yaralanmış Milli ordu döyüşçüsü Qorçuyev Həbib Xanış oğlunu atəş altından çıxararaq, təkbaşına 7 km. Məsafəni sürünə-sürünə Qubadlı rayon ərazəsinə sağ-salamat çatdıra bilib.

Yeri gəlmişkən qeyd edək ki, Əhmədin qardaşı Əsəd də 7 il polis serjantı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

Əhməd 1994-cü il sentyabrın 9-da Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub.

Ailəli idi. İki övladı yadigar qalıb.

sumqayit_s%c9%99hidl%c9%99r_xiyabani_-_2

Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn olub.

 

Реклама

9 СЕНТЯБРЯ 1942 Г. ВВЕДЕНО ВОЕННОЕ ПОЛОЖЕНИЕ В АЗЕРБАЙДЖАНСКОЙ ССР

Стандартный

Cebhe1.jpg

Военное положение в годы Великой Отечественной войны 1941 — 1945 годов было объявлено, на основании статьи 49 пункта «п» Конституции СССР, Указами Президиума Верховного Совета СССР и не отменялось до конца войны с 9 сентября 1942 года, в Грузинской ССРАзербайджанской ССР и Армянской ССР.

XANƏNDƏ İSLAM ABDULLAUEVİN (SEGAH İSLAM) 140 İLLİYİ

Стандартный

Abdullayev İslam Əbdül oğlu — xanəndə, Azərbaycanın əməkdar artisti (1949).

islam_abdullayev

Abdullayev İslam Əbdül oğlu 9 sentyabr 1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biridir. Azərbaycanın musiqi tarixində İslam Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

“Segah” muğamını və onun bütün variantlarını –“Zabul-Segah”, “Mirzə Hüseyn segahı”, “Orta Segah”,” Xaric Segah” muğamlarının xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. İsalm Abdullayev Şuşa şəhər məkətbində təhsil almışdır.

Musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşaiətilə çıxış etməyə başlamışdır. İsalm Abdullayev gözəl və təsirli səsi, bənzərsiz ifaçılıq qabiliyyəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda da məşhurlaşmışdır.

1910-1915 ci illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən İslam Abdullayevin ifasında “Segah”, “Bayatı-Qacar”, “Şahnaz”, “Şüştər” muğamları və bir sıra təsniflər qrammafon vallarına yazılmışdır.

İslam Abdullayev gözəl pedoqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdı. Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.

İslam Abdullayev Mir Möhsün Nəvvabın tələbəsi olmuşdur. «Segah», «Bayatı-kürd», «Bayatı-qaçar» və s. muğamları ifa etmişdir. Şuşada musiqi məktəbinin direktoru işləmişdir.Gəncədə xalq çalğı alətləri orkestri təşkil etmiş, Ağdam şəhərində muğamatdan dərs demişdir.