8 SENTYABR 1991 — AZƏRBAYCANDA İLK ÜMUMXALQ, ANCAQ ALTERNATİVSİZ PREZİDENT SEÇKİLƏRİ

Стандартный

%d0%bc%d1%83%d1%82%d0%b0%d0%bb%d0%bb%d0%b8%d0%b1%d0%be%d0%b2

1991-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna rəsmi şəkildə keçirilən ilk və vahid partiya sistemi ilə keçirilən sonuncu seçkilər olub. Seçkilər 8 sentyabr 1991 tarixində keçirilib. Seçkilərdə yeganə namizəd olan Ayaz Mütəllibov qalib gəlib və Azərbaycan Respublikasının ilk prezidenti seçilib.

1990-cı ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra Azərbaycanda ümumi vəziyyət çox ağır idi. 1991-ci ilin 8 sentyabr tarixində artıq SSRİ-dən asılı olmayanAzərbaycanın ilk seçkiləri keçirməli idi. 1990-cı ildən etibarən Azərbaycan SSR-nın prezidenti olan Ayaz Mütəllibov vahid namizəd sistemi ilə keçirilən seçkilərdə yeganə namizəd kimi qeydə alındı. Seçkilərdə qeydə alınmış seçicilərin 85.7%-i iştirak etdi. Ayaz Mütəllibovun prezident seçilməsinə leyhinə olanların sayı 3,275,837 nəfər, əleyhinə olanların sayı isə 48,866 nəfər oldu. Beləliklə Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti seçildi. 18 oktyabr 1991 tarixində isə Azərbaycan Respublikası yaradıldı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar (bax: Xocalı soyqırımı). Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da istefa verir. Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif qüvvə olanAzərbaycan Xalq Cəbhəsi yenidən təzyiq göstərməyə başlayır və nəticədə Ayaz Mütəllibov istefası barədə sənədi yenidən imzamalı olur. 1992-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində isə Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy qalib gəlir və Azərbaycan Respublikasının ikinci prezidenti seçilir.

 

vikipediya

Обсуждение закрыто.