Nəcəf Nəriman oğlu Nərimanov — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu.
2 dekabr 1919-cu ildə Moskva şəhərində anadan olmuşdur.
Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919-08.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli «Vətən Müharibəsi» ordeni və «Stalinqradın müdafiəsinə görə» medalı ilə təltif olunmuşdur.
Moskva şəhərindən hərbi xidmətə çağırılmışdır. Tağım komandiri kimi qulluq etmiş, 1943-cü ildə həlak olmuşdur.
Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir
Для отправки комментария необходимо войти на сайт.