Daily Archives: 06.09.2016

ŞƏHİDLƏR: GƏNCƏLİ ELXAN ORUCOV

Стандартный

Orucov Elxan Yusif oğlu — Qarabağ muharibəsi şəhidi.

1963-cü il sentyabrın 6-da Gəncə şəhərində anadan olub. Gəncə şəhər 44 saylı orta məktəbi bitirib. Dnepropetrovsk Dağ Mühəndisliyi İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirib. Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.

1992-ci ilin fevralında könüllü olaraq Milli Orduya yazılıb. Kəşfiyyat bölüyünün tərkibində Goranboy, Sarısu əməliyyatlarında şücaət göstərib.

1992-ci ilin iyun ayının 19-da Fərrux dağı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.

(Gəncəlilərə və Gəncə rəhbərliyinə: bu igidin İnternetdə şəkli tapılmadı!)

Реклама

ŞƏHİDLƏR: BAKILI ELDAR TAĞIZADƏ

Стандартный

Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 19701980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.

Cəsur polis işçisi tez-tez ELDAR TAĞIZADƏcəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. Onu DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsinin rəis müavini təyin edirlər. 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərildi.

Döyüş zamanı «Şaka» ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən namərd Şaka qəfil olaraq Eldarın sinəsinə atəş açır cəsur polis qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı qalıb.

6 SENTYABR 1918 — CÜMHURİYYƏT RƏHBƏRLİYİNİN TÜRKİYƏ SULTANI İLƏ GÖRÜŞÜ

Стандартный

 

S6 sentyabr 1918 – Azərbaycan Cümhuriyyətinin nümayəndə heyəti İstanbulda Osmanlı dövlətinin rəhbərliyi ilə görüşüb.Milli Şuranın sədri M.Rəsulzadə, «Müsavat» fraksiyasının üzvü X.Xasməmmədov və general S. Səfikürdskinin daxil olduğu heyət Osmanlının yeni sultanı VI Mehmet Vahdettin tərəfindən qəbul edilib. Bu, Cümhuriyyətin rəsmi heyətinin ilk xarici səfəri idi. Osmanlı hərbi rəhbərliyinin (Ənvər paşa) də iştirak etdiyi görüşdə Cümhuriyyətə hərbi yardım və Bakının azad olunması məsələsi əsas mövzu olub. Bu görüşdən sonra Bakının azad olunması barədə həlledici hücum barədə qərar verildi.

Sultan_Mehmed_VI_of_the_Ottoman_Empire

Sultan VI Mehmet