
5 sentyabr 1991 – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması barədə prezident fərmanı verilib.
C.Naxçıvanski adına hərbi məktəbin rəisi, general-leytenant Valeh Bərşadlı ölkənin ilk müdafiə naziri təyin edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 sentyabr 1991)
Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qərar qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini yaratmaq və Valeh Əyyub oğlu Bərşadlı yoldaşı Azərbaycan Respublikasının müdafiə naziri təyin etmək məqsədəuyğun sayılsın. Bu Fərman Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti A.MÜTƏLLİBOV
Bakı şəhəri, 5 sentyabr 1991-ci il
№ 334
Для отправки комментария необходимо войти на сайт.