Daily Archives: 04.09.2016

4 SENTYABRDA HƏLAK OLANLAR: CƏLİLABADLI ZABİT FƏRİD ƏHMƏDOV

Стандартный

Fərid_Əhmədov

Əhmədov Fərid Gülağa oğlu — Azərbaycan zabiti, «İgidliyə görə» medalı ilə təltif edilib (ölümündən sonra).

Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

vikipediya

ЗА ЧТО И ЗА КОГО ПОГИБ ФАХРАДДИН НАДЖАФОВ?

Стандартный

Вот уже несколько месяцев я размещаю в блоге газеты «ОЧАГ» и на ее фейсбучной странице биографические справки о павших наших соотечественниках. Делаю это или в дни их рождения, или в дни гибели. Возможно, я не был прав, но думал, что это надо делать, нельзя предавать забвению имена тех, кого мы (да, мы, вместе с вами) отправили умереть за нас. Мы вот живы, они нет… Не чувство благодарности, а чувство вины за павших практически ни за что, должно нас преследовать постоянно, каждую минуту. Но не преследует, ибо и по сей день мы (да, мы, вместе с вами) отправляем юношей, еще не успевший пожить, умереть неизвестно за что…

Неизвестно за что – это потому, что с первых дней должно было быть понятно, что Степанакерт мы не возьмем никогда. Да и не надо было его брать. Его так и не взяли, взамен отдали еще семь районов…. И их никогда не вернут – судя по всему…

Но людей, которых мы отправили на верную гибель и продолжаем отправлять, надо хотя бы уважать. То есть их память. А мы уважаем их память? Ни черта не уважаем?

Вот я выкладываю фотографию павшего героя и справку о нем. У меня в друзьях больше 260 человек. А просмотров этого файла 15-20! Всего! И ни один из них не удосуживается написать под фотографией хотя бы банальные “Allah rəhmət eləsin”. Если Ширван Керимов поделится публикацией, то просмотров будет больше, 100-150. Но это из-за уважения не к павшему герою, а к Ширвану Керимову! Представляете всю мерзость нашего нравственного состояния? А ведь Ширван Керимов не всегда делится публикациями о павших героях – это зависит от погоды, от состояния самарских дорог, от качества еды, от того, правильно ли я веду себя. А я правильно себя никогда не вел, поэтому нахожусь у разбитого корыта…Теперь представляете, от чего зависит уважение к памяти к павшим героям, которых мы с вами отправили не верную гибель, в то время, когда мы сами вальяжно прогуливались на самарской набережной, перемещались из одной шашлычной в другую, за интересными барышнями ухаживали…

За что умер Фахраддин Наджафов? Зачем он пошел воевать добровольцем? Или за кого? За таких, как мы?

Я приму все упреки в не патриотизме, принимаю заранее, но только от тех, кто сам воевал, от тех, чьи дети служили или в настоящее время служат в азербайджанской армии и отдают свои жизни или готовы отдавать за взятие славного города Степанакерта…

Теперь взываю всех к совести: сами задавайтесь вопросом: за что и за кого погиб ФАХРАДДИН НАДЖАФОВ?

Х.Х.

04.09.2016

FƏXRƏDDİN NƏCƏFOV

SENTYABRIN 4-DƏ HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN FƏXRƏDDİN NƏCƏFOV

Стандартный

FƏXRƏDDİN NƏCƏFOV

Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il iyul ayının 7-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir.1985— 1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur.

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-dəAğdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova «Azərbaycan Milli Qəhrəmanı» adı verilmişdir.

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır.

ƏFSANƏVİ ƏHSƏN DADAŞOVUN DOĞUM GÜNÜ

Стандартный

ƏHSƏN.bmp.jpg

Əhsən Dadaşov 1924-cü il sentyabrın 4-də Bakı şəhərində dünyaya göz açmışdır. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.

1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.

1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib.

Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.

Onun lentə yazdırdığı «Rast», «Orta Mahur», «Şur», «Zabul-Segah», «Hümayun», «Vilayəti — Dilkeş», «Çahargah», «Bayatı — Şiraz» və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir. 

AzTRV QSC nəznində 1960 cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur.