Daily Archives: 02.09.2016

2 SENTYABRDA HƏLAK OLANLAR: AĞDAMLI CƏLİL QASIMOV

Стандартный

Cəlil_Qasımov

Cəlil 1958-ci il fevralın 23-də Quzanlı kəndində anadan olub. 1975-ci ildə kənd orta məktəbini bitirib, bir il kolxozda çalışıb. 1976-cı ildə sovet ordusuna çağrılan Cəlil üçillik hərbi xidmətini Belarusiyada başa vurub doğulduğu kəndə qayıdır, kənddə bir il işləyəndən sonra Bakıya gedib Xəzər dəniz gəmiçiliyi məktəbinə daxil olur. Təhsilini başa vurub komsomol putyovkası ilə Amura gedir,orada bir neçə li tikinti işlərində çalışır.

1992-ci ilin yayinda ata-anasına baş çəkmək üçün bir neçə günlüyə doğulduğu kəndə gələn Cəlil cəbhədəki vəziyyətlə yaxından tanış olub iyunun 12-də heç bir tərəddüdsüz, könüllü olaraq milli orduya yazılır.Həmin vaxt qardaşı Şükür də çəbhədə döyüşürdü.

Cəlil Şirin Mirzəyevin adına hərbi hissədə qulluq edirdi. İlk döyüşü Sırxavənddə olub. İyunun 14-də başlanan hücumda Cəlil düşmənin iki əsgərini məhv edir. Onun çevikliyini görən komandanlıq Cəlili batalyonun kəşfiyyat vzvoduna keçirir. Qazançıda aparılan növbəti əməliyyatda kəşfiyyat komandiri və Cəlil kəşfiyyata başçılıq edirdilər,gecə düşmənin basdırdığı minalara rast gəlib onları zərərsizləşdirirlər. Cəlil tək başına 28 mina zərərsizləşdirir.Səhər bataliyon hücuma keçir,Cəlil düşmənə gələn əlavə qüvvənin qarşısını alır,5-6 erməni quldurunu məhv edir.

Növbəti kəşfiyyat zamanı düşmən mərmisi vzvod komandiri Əmir Əliyevin və Fikrət Mehtiyevin ayağını aparır. Cəlil və üç nəfər başqa kəşfiyyatçılar onları beş- altı kilometr kürəklərində gətirib arxaya çatdırırlar. Əmir Əliyev xəstəxanada həlak olur, həmin gündən kəşfiyyat vzvoduna Cəlil rəhbərlik edir. Xocəvəndin,Əsgəranın Ağdamla həmsərhəd kəndlərinə kəşfiyyata gedir,düşmənə çoxlu zərbələr vurur. Əsgəranın Avdur kəndindəki iki topun yerini dəqiq öyrənib məhv etdirir.

Avqustun 20-də bataliyon yenə Ağdərə istiqamətində hüçuma keçir. şCəlil kəşfiyyatçi kimi Qalayçılar, Manikli, Xatınbəyli,Mehmanə,Canyataq,Gülyataq,Baş və orta Güneypəyə kəndlərinin azad olunmasında böyük xidmətlər göstərir, xatınbəylidə düşmənin bir uzaq vuran topunu ələ keçirir.

1992-ci il sentiyabrın 2-də Cəlil son dəfə Sırxavəndə kəşfiyyata gedəndə vzvod qəfildən mühasirəyə düşür. Cəlilin səyi ilə 6 nəfərlik vzvodu mühasirədən çıxarır. Düşmən hücumu güçləndirir və Cəlil təkbaşına vuruşda igidcəsinə həlak olur. Quzanlı qəsəbə qəbirstanlığinda dəfn olunub.

Özündən sonra Cəlilin iki övladı qalıb.

vikipediya

 

 

Реклама

2 SENTYABRDA HƏLAK OLANLAR: BAKILI MİLLİ QƏHRƏMAN TAHİR HƏSƏNOV

Стандартный

Тахир_Гасанов

Tahir Həsənov  22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilərin ata-baba torpaqlarımızı işğal etməsi onu narahat edir, ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.

Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov AğdərəBaşkəndMeşəliÇıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

vikipediya

ŞƏHİDLƏR: LERİKLİ MİLLİ QƏHRƏMAN VALEH MÜSLÜMOV

Стандартный

Valeh_Müslümov

Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır. 1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 14-də Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.

Lerik rayonunda dəfn edilmişdir.

Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.

2 SENTYABR 1991 — «DAĞLIQ QARABAĞ RESPUBLİKASI» ELAN EDİLİB

Стандартный

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edildi. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğunu elan etdi. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirildi. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edildi. 

НАГОРНЫЙ КАРАБАХ