ŞƏHİDLƏR: XOCALILI QƏHRƏMAN NATİQ ƏHMƏDOV

Стандартный

Natiq_Əhmədov 

Əhmədov Natiq İlyas oğlu 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur.

26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən onun içərisində olduğu maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu. Natiq qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.

vikipediya

 

Обсуждение закрыто.