GÖRKƏMLİ İNQİLABÇI VƏ DÖVLƏT XADİMİ YUSİF QASIMOVUN DOĞUM GÜNÜ

Стандартный

Yusif İbad oğlu Qasımov — Azərbaycan SSR ədliyyə naziri, Azərbaycan SSR Мuğan dairəsi Salyan qəzası inqilab komitəsinin sədri (1920). 1930-cu illərdə Azərbaycan KP MK-inin ikinci katibi olmuşdur.

O, Firidun bəy Köçərli ilə birgə  Qazax Müəllimlər Seminariyasının yaradılmasında böyük rol oynamışdır.

Yusif Qasımov 1 senyabr 1896-ci ildə Salyan rayonununda anadan olmuşdur. 1920-ci Muğan dairəsi Salyan qəzası inqilab komitəsinin sədri olmuşdur. 1927-ci il noyabrın 21-dən “Kommunist” qəzetinin redaktor təyin edilmişdi. 1930-cu illərdə Mərkəzi Komitənin katibi Vladimir Polonski, Nazirlər Sovetinin sədri Mir Cəfər Bağırov, Azərbaycan Respublikanın ikinci katibi isə Yusif Qasımov olmuşdur. Mir Cəfər Bağırov Daxili İşlər orqanında rəhbər olarkan Yusif Qasımovla arası olmamışdır. 1932-ci ildə fəalların yığıncağında Bağırovla Polonski birləşib Yusif Qasımovu işdən azad etmək üçün plan qururlar.  Hər iki tərəfdən çıxışlar olur. Yığıncaqda Zülfüqar Əhmədzadə də çıxış edir:

Azərbaycan Kommunist Partiyasına uzun müddətdir ki, rubinlər, polonskilər, mirzayanlar başçılıq edirlər. Mərkəzi Komitədə cəmi 9% azərbaycanlı işləyir, qalanı erməni, rus, yəhudilər və gürcülərdir. Azərbaycanım məgər elə bilr oğlu, kadrosu yoxmudur ki, rəhbər işləsin? Üstəlik Qasımovu da bəyənmirsiz…

Məhz həmin çıxışdan sonra Zülfüqar Əhmədzadə haqqında «Xalq Düşməni” planı işə düşməyə başlayır. Z. Əhmədzadə işdən çıxır və Zaqafqaziya Mərkəzi Komitəsinə gedir.

1937-ci ildə Stalin represiyyasının qurbanı olmuşdur.

1957-cü il 15 noyabrda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Salyan şəhərində küçə və 4 saylı orta məktəb onun adını daşıyır.

vikipediya

Обсуждение закрыто.