Ayaz Quliyev — 1 may 1967-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. Ayaz Quliyev Qarabağ müharibəsinin iştirakçısıdır. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Ayaz Quliyev 1 may 1967-ci ildə Azərbaycanın Şamaxı rayonunun, Cəyirli kəndində anadan olmuşdur. Hacıqabul rayonunda ailə həyatı qurmuşdur. Ayaz QuliyevHacıqabulda tikinti idarəsində işləmişdir.
Ayaz Quliyev 15 iyul 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Ayaz Quliyev Ağdamın Qərvənd və Şelli kəndlərində döyüşlərdə iştirak etmişdir. 31 avqust 1993-cü ildə Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.
Şamaxı rayonunda dəfn olunmuşdur.
Ailəli idi.
Для отправки комментария необходимо войти на сайт.