ŞƏHİDLƏR: MİLLİ QƏHRƏMAN RÖVŞƏN ƏLİYEV

Стандартный

rövşən nəriman oğlu Əliyev.jpg

Rövşən Əliyev 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Ermənistanın Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazıldı.

Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taboruda döyüş meydanına atıldı. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı: «Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır». Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurmuşdur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.

 

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.