Daily Archives: 30.08.2016

ŞƏHİDLƏR: MİLLİ QƏHRƏMAN RÖVŞƏN ƏLİYEV

Стандартный

rövşən nəriman oğlu Əliyev.jpg

Rövşən Əliyev 30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən Ermənistanın Yarpızlı kəndindəndir. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazıldı.

Rövşən Əliyev Ağdamda yaradılmış milli müdafiə taboruda döyüş meydanına atıldı. O, döyüşlərdə Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı: «Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır». Verilən bütün əmr və tapşırıqları layiqincə yerinə yetirən Əliyev Rövşən 1992-ci il 14 iyunda Xocalı rayonunun Dəhrəz kəndində gedən döyüşlərdə iştirak edərkən düşmən gülləsi onun arzularla dolu qəlbini susdurmuşdur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanın adı verilmişdir.

 

VİKİPEDİYA

Реклама

30 AVQUSTDA HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN SERGEY MURTUZƏLİYEV

Стандартный

SERGEY MURTUZƏLİYEV

Sergey Murtuzəliyev  1963-cü il 17 noyabr Bakının Pirallahı qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alır. Sergey polkovnik-leytenant rütbəsi də almışdır.

Qəlbi hər an Vətən eşqi ilə döyünən Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlar etmiş, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərmişdi. Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı. Vətən övladının adı dilləri gəzirdi, əfsanəyə çevirilmişdi Sergey. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı hamı onun Segey olduğunu bilərdi. 30 avqust 1993-cü il təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğradılar faciədən xilas olmaq mümkün olmadı…

Evli idi, iki övladı yadigar qalıb.

] Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Sergey Stal Suleyman rayonun Darğuş kəndində dəfn edilmişdir.

 

30 AVQUST 1930 — AZƏRBAYCAN ƏRAZİSİ RAYONLARA BÖLÜNÜB

Стандартный

1930-cu ildə Azərbaycan SSR-də 10 dairə (Bakı, Gəncə, Zaqatala, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şəki (Nuxa), Şirvan (Göyçay))mövcud idi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölündü. 1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa və Şaumyan rayonları yaradılmışdır.

1931-ci ilin fevralında bəzi rayonlar ləğv edilərək yeniləri yarandı, bununla əlaqədar onların sayı 47-yə endi. (Hacıkənd, Əliabad, Ağsu, Göynük, Çuxurabad, Qaraməryəm, Qarasu, Qubadlı, Mərəzə, Tərtər və Xəzri rayonları ləğv edilmiş, Hil, Gəncə, İsmayıllı, Nuxa və Şaumyan rayonları yaradılmışdır. «1931-ci ilin oktyabrında Petropavlovsk kəndi «Sabirabad şəhəri» adlandırılır. 1933-cü ilin martında yenidən Qubadlı rayonu, 1934-cü ilin yanvarında Tərtər, 5 fevral 1935-ci ildə Yevlax və Zərdab rayonları təşkil edildi. 1937-ci ildə respublika rayonları şəbəkəsi Azərbaycan SSR Konstitusiyasında qanunla möhkəmləndirildi. 1938-1939-cu illərdə Azərbaycanın inzibati-ərazi bölgüsündə əsaslı dəyişikliklər edildi. 1938-ci ilin iyulunda Qaradonlu rayonunun adı dəyişdirilərək «İmişli» edildi, Hil — «Qusar», Zuvand- «Lerik», Biləsuvar-«Puşkin», Nərimanov-«Xanlar», Veryaduz-«Yardımlı» adlandırıldı. 1938-ci ildə Annino kəndi «Şamxor şəhəri», Goranboy kəndi «Qasım İsmayılov qəsəbəsi», Yelenendorf kəndi «Xanlar şəhəri», Zubovka kəndi «Əli Bayramlı» şəhəri adlandırıldı. 1939-cu ilin yanvarında Ağstafa, Qazıməmməd, Xıllı, Ucar rayonları yaradıldı. 1939-cu ilin sentyabrında Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizaq və Corabert rayonları «Hadrut» və «Mardakert» rayonları adlandırıldı. 1939-cu ilin noyabrında Jdanov və İsmayıllı rayonları yaradıldı. 1939-cu ildə Hacıqabul şəhəri «Qazıməmməd» adlandırıldı. 1940-cı ilin yanvar-fevral aylarında Siyəzən və Neftçala rayonları təşkil edildi. 1943-cü ilin oktyabrında Mərəzə, Xaldan və Xudat rayonları yaradıldı. 1949-cu ilin yanvarında Naxçıvan Muxtar Respublikasının Əbrəqunis rayonu ləğv edildi. 1949-cu ilin avqustunda Tərtər rayonu «Mir-Bəşir» rayonu adlandırıldı.

Azərbaycan_Respublikasının_siyasi-inzibati_xəritəsi.jpeg

30 AVQUST 1991 — MÜSTƏQİLLİK HAQQINDA BƏYANNAMƏ (MƏTN)

Стандартный

30 AVQUST

30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.

Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi (30 avqust 1991) Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,

1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,

Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,

Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək,

Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,

Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq,

 Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,

Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,

Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək,

 SSR Ġttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir.

 

Bəyannamə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında qəbul edilmişdir.