Daily Archives: 28.08.2016

28 AVQUSTDA HƏLAK OLANLAR: CƏBRAYIL ƏSGƏROV

Стандартный

Cəbrayıl Fəyaz oğlu Əsgərov — şəhid.

CƏBRAYIL

Cəbrayıl Əsgərov 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbail rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra C.Əsgərov Neft Daşlarında çalışıb.

Ermənilərin Azərbaycanın dilbər guşəsi olan Qarabağda azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Cəbrayıl 1992-ci ildə könüllü olaraq yenicə yaradılan Milli Ordu sıralarına qoşulub və bir sıra qanlı döyüşlərin iştirakçısı olub.

1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub və Şəhidlər xiyabanında dəfn olunub.

vikipediya

Реклама