Daily Archives: 27.08.2016

27 AVQUSTDA HƏLAK OLANLAR:HACIQABULLU NÜSRƏT ŞİRƏLİYEV

Стандартный

Nüsrət Şirəliyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Nüsrət_Şirəliyev

Nüsrət Əlican oğlu Şirəliyev 1963-cü il aprelin 1-də Qazıməmməd şəhərində anadan olub. BDU-nun Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Əli Bayramlıda Cihazqayırma zavodunda laboratoriya müdiri işləyib. Sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib işləyib. 1992-ci ildən Milli Ordu sıralarına könüllü olaraq gedib.Baş leytenant Nüsrət Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüblər. Nüsrət sinəsindən snaper yarası alsa da özünü itirmir əskərləri xəbərə göndərib özü tək dümənlə vuruşur.240 patronun hamısını düşmənlərə tərəf atır.O yaralı vəziyyətdə düşmənin əlinə keçib.Onu işgəncə ilə qətlə yetirərək dörd tərəfini minalamışdılar.

vikipediya

Реклама

27 AVQUSTDA HƏLAK OLANLAR: AĞDAMLI VİDADİ ABBASOV

Стандартный

Vidadi İldırım oğlu Abbasov 1953-cü ildə Ağdam şəhərində anadan olub.

27 avqust 1992-ci ildə Ağdərə rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

 

27 AVQUSTDA HƏLAK OLANLAR: LAÇINLI HAFİZ ŞÜKÜROV

Стандартный

HAFIZ ŞÜKÜROV

Hafiz Yaqub oglu Şükurov 1971-ci il may ayının 17-də Laçın şəhərində anadan olub.

Laçın şəhər 2№-li orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmişdır.

Azərbaycan Neft ve Kimya Institutunun qiyabi şöbəsini bitirmiş, Laçın rayon polis şöbəsində işə başlamışdır.

Rayonun QorçuPiçənisƏrikliKürdhacıHoçaz kəndləri uğrunda gedən dğyüşlərdə iştirak edib.

Laçın rayonunun işğalından sonra Füzuli rayonu uğrunda gedən dğyüşlərdə iştirak etmiş, 1994-cü il avqustun 27-də şəhid olmuşdur.

Baki səhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Subay idi.

27 АВГУСТ 1991 ГОДА В БАКУ БЫЛ СНЕСЕН ПАМЯТНИК ЛЕНИНУ

Стандартный

В 1950 году Министерство культуры Азербайджана объявило конкурс на лучший проект памятника В. И. Ленину для установки его в комплексе здания Дома правительства. Конкурс выиграл скульптор Джелал Магеррам оглы Карягды. Одиннадцатиметровая бронзовая скульптура была установлена в 1955 году.
27 августа 1991 года памятник был демонтирован демократами.  На его месте был установлен флаг Азербайджанской Республики, а главная площадь города была переименована в Азадлыг — площадь Свободы.

ленин 2

27 AVQUSTDA HƏLAK OLANLAR: LAÇINLI GƏRAY MƏMMƏDOV

Стандартный

Gəray_Məmmədov

Gəray Məmmədov 7 mart 1969-cu ildə Laçın rayonunun Güləbird kəndində dünyaya gəlmişdir. Güləbird kənd orta məktəbini bitirəndən sonra 1987-1989-cu illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndi Güləbirdə qayıtmış, elə həmin il Laçın Rayon Daxili İşlər Şöbəsində polis sıralarına daxil olmuşdur. Şəhid olduğu günə qədər torpaqların müdafiəsi uğurunda ağır döyüşlərdə iştirak etmişdir. Bu illərdə düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarmışdır. GüləbirdCicimliQazıdərəsiSəfiyanFərəcan uğrunda gedən döyüşlərə qatılmışdır. 27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gəlmiş və şəhid olmuşdur. Subay idi. Məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Məmmədov Gəray Azad oğlu «İgidliyə görə» medalı ilə təltif edilmişdir. 1997-ci ildən Güləbird kənd kitabxanası onun adını daşıyır.

vikipediya

27 AVQUSTDA HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN SÖVQİYAR ABDULLAYEV

Стандартный

Şövqiyar_Abdullayev

Şövqiyar Abdullayev 1969-cu il 5 apreldə Ermənistanın Nərimanlı kəndində dünyaya gəlmişdir.

1986-cı ildə  Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra ordu sıralarına çağrılmışdır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıtmışdır. 1992-ci ildə  Ağdamda təşkil edilmiş tank briqadasına komandir təyin edilmişdir. Onun tank briqadası Abdal-Gülablı kəndini özünə mövqe seçmiş, Papravənd,PircamalAranzəmin və digər kəndlər uğrunda ağır döyüşlər aparmışdır. 1992-ci il 23 avqustda Gülablı kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəklikdən onun tank briqadası çıxarılaraq müəmmalı şəkildə Ağdərəyə, Drambon kəndinin müdafiəsinə kömək üçün göndərilmişdir. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilmişdir. Eyni zamanda, mühasirə halqasına düşmüş çox sayda piyada döyüşçülərimiz mühasirədən çıxarılmışdır. Drambon kəndi uğrunda gedən döyüşlərdə təkbaşına qalan Şövqiyar Abdullayevin tankı bir neçə dəfə vurulmuşdur. Hər iki ayağından yaralanan tank komandiri Ağdam hərbi hospitalına göndərilmşdir. Amma sağalmağa doğru gedən Ş.Abdullayev sonrakı müalicədən imtina edərək yenidən cəbhəyə qayıtmışdır. 1992-ci il 27 avqustda çox ağır döyüşdə o, öz yoldaşlarını əsir düşməkdən xilas etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

29 avqust 1992-ci ildə Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

vikipediya