ŞƏHİDLƏR: BAKILI MİLLİ QƏHRƏMAN ELDAR MƏCİDOV

Стандартный

Eldar_Məcidov

Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır.

Eldar Məcidov 9 may 1992-ci ildə «N» saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur. 15 may 1992-ci il Şuşa rayonunun Zarıslı kəndində döyüşlər gedirdi. Bu döyüşdə Eldar rəşadətlə vuruşurdu yoldaşlarını xilas edərkən sağ ayağından yaralanır onu Qubadlı xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən Eldarın həyatını xilas etmək mümkün olmadı.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Eldar Tofiq oğlu Məcidova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

vikipediya

 

Реклама

Обсуждение закрыто.