Daily Archives: 26.08.2016

ŞƏHİDLƏR: BAKILI MİLLİ QƏHRƏMAN ELDAR MƏCİDOV

Стандартный

Eldar_Məcidov

Məcidov Eldar Tofiq oğlu 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırıan Eldar hərbi xidmətini Almaniya Demokratik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır.

Eldar Məcidov 9 may 1992-ci ildə «N» saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olmuşdur. 15 may 1992-ci il Şuşa rayonunun Zarıslı kəndində döyüşlər gedirdi. Bu döyüşdə Eldar rəşadətlə vuruşurdu yoldaşlarını xilas edərkən sağ ayağından yaralanır onu Qubadlı xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən Eldarın həyatını xilas etmək mümkün olmadı.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Eldar Tofiq oğlu Məcidova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

vikipediya

 

Реклама

ŞƏHİDLƏR: AĞSTAFALI ƏJDƏR BABAYEV

Стандартный

Əjdər_Babayev

Əjdər Babayev 1950-ci il 26 avqust Qazax rayonunun Mollacəfərli kəndində anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya (Xətai kəndi) köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü.

1995-ci il… 13-17 mart hadisələri…Vətənin sarsıntılı günləri idi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.

Evli idi, dörd övladı yadigar qalıb.

Azərbaycan Respubliksaı prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Ağstafa rayonunda dəfn edilmişdir, adına məktəb var.