25 AVQUSTDA HƏLAK OLANLAR: AĞDAMLI XUDAVERDİ ABBASOV

Стандартный

Abbasov Xudaverdi Məhəmməd oğlu — «Azərbaycan Bayrağı» ordeni Qarabağ döyüşçüsü.

Xudaverdi Abbasov 1957-ci ildə Ağdam şəhərində dünyaya gəlib. 1964-cü ildə Ağcabədi rayonunun Kəhrizli kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1974-cü ildə Kəhrizlikənd orta məktəbini bitirib. 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı peşə məktəbinə daxil olub. 1977-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Moldovada hərbi xidmətə başlayıb. 1979-cu ildə hərbi xidməti təşəkkürnamə ilə başa vurub. Yaxşı xidmətinə görə onu Moldovada MTN-ə işə qəbul ediblər. Qarabağ müharibəsi ilə əlaqədar 1991-ci ildə Azərbaycana qayıdıb. Qarabağın ağır günlərində silahdaşları ilə bir yerdə olub. Ağdam şəhərinin könüllü özünümüdafiə batalyonunun yaradıcılarındandır. 25 avqust 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra hərbi xidmətlərinə görə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib

 

Обсуждение закрыто.