Daily Archives: 24.08.2016

24 AVQUSTDA HƏLAK OLANLAR: AĞDAMLI FƏXRƏDDİN BƏŞİROV

Стандартный

Fəxrəddin_Bəşirov

Fəxrəddin Çərkəz oğlu Bəşirov 1966-cı il yanvarın 20-də Quzanlıda anadan olub. 1983-cü ildə Quzanlı kənd orta məktəbini, 1988-ci ildə Mingəçevir politexnik texnikumunu bitirib. Texnikumda oxuduğu müddətdə sovet ordusunda xidmət edib. Təhsilini bitirəndən sonra göndərişlə Rusiyanın Stavropol vilayətinə gedib. Neptun zavodunda işə düzəlib.

1989-cu ildə Fəxrəddin orada qiyabi Politexnik institutuna daxil olur, bundan bir il sonra Bakıya gəlib Xırdalan təmir-tikinti idarəsində işləməyə başlayır.

1992-ci ilin 10 avqustunda, cəbhədə döyüşlərin qızğın çağında Fəxrəddin könüllü olaraq milli orduya yazılır. Ala Yaqubun başçılıq etdiyi batalyonun tərkibində döyüşürdü. Onun döyüş yolu Xramord, Canyataq və Gülyataq kəndlərindən keçib.

Fəxrəddin avqustun 24-də Mehmanə kəndi uğrunda gedən döyüşdə ürəyinə dəyən snayper gülləsindən həlak olub.

Quzanlı qəsəbə qəbirstanlığında dəfn olunub.

Evli idi, Teymur adlı bir oğlu var.

 

Реклама

24 AVQUSTDA HƏLAK OLANLAR: QUSARLI SƏRHƏD ZÖHRABBƏYOV

Стандартный

Sərhəd_Zöhrabbəyov.jpg

Sərhəd Zöhrabbəyov (tam adı: Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov) – Baş leytenant, «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuş igid döyüşçü

Sərhəd Zöhrabbəyov 1956-cı ilin dеkabr ayının 14-də Azərbaycan Rеspublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Kirovabad  Kənd Təsərrüfat İnsnitutunun aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun «Komsomol», «Kalеnin», «C.Cabbarlı» adına kolxozlarda baş aqronom, idarə hеyyətinin sədri, mеşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir.

S.Zöhrabbəyov son iş yеrindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir.

Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Еtibar xanım, oğlu Zöhrab, qızı Rеyhanə Bərdə şəhərində yaşayırlar.

Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə «Azərbaycan bayrağı» ordeni ilə təltif olunmuşdur.

Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.

vikipediya

24 AVQUSTDA HƏLAK OLANLAR: KƏLBƏCƏRLİ YUNİS NƏCƏFOV

Стандартный

Yunis Nəcəfov

Yunis Nəcəfov  31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır.1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı.

1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis «N» saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, Kərkicahan,Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənmişdi. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin Laçın və Şuşaerməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.