23 AVQUSTDA HƏLAK OLANLAR: LƏNKƏRANLI PAŞA TƏHMƏZOV

Стандартный

PAŞA TƏHMƏZOV

Paşa Təhməzov  23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq  daxili çəkişmələrin qarşısını almağa yollanır.  Silahlı dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.

Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, «23 Avqust» meydanında büstü qoyulmuşdur.

Ailəli idi, üç övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

VİKİPEDİYA

 

Реклама

Обсуждение закрыто.