Daily Archives: 23.08.2016

23 AVQUST 1993 — CƏBRAYIL VƏ FÜZULİNİN İŞĞALI

Стандартный

CƏBRAYIL İŞĞAL.jpg

1993 – Azərbaycan Qarabağ cəbhəsində iki böyük itkiyə məruz qalıb.

Ermənistan silahlı qüvvələrinin bir həftə öncə başlamış intensiv hücumu nəticəsində Füzuli və Cəbrayıl rayonların böyük hissəsi, o cümlədən hər iki rayon mərkəzi işğal olunub.

Bu itki Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu.

Cəbrayıl rayonun ərazisi 1050 kv km, əhalisi təxminən 57 min nəfər idi. Hazırda rayonun bütün ərazisi (96 kənd) işğal altındadır.

Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan Azərbaycan Ordusu bəzi Arazboyu kəndləri, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad edə bildi.

Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı.

 

Реклама

23 AVQUSTDA HƏLAK OLANLAR: LƏNKƏRANLI PAŞA TƏHMƏZOV

Стандартный

PAŞA TƏHMƏZOV

Paşa Təhməzov  23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Əmək fəaliyyətinə Əhaliyə Məişət Xidməti İstehsalat Kombinatında usta köməkçisi kimi başlamışdır. 1993-cü il 23 avqustda Azərbaycanın cənub bölgəsində vəziyyət gərginləşəndə P. Təhməzov silaha sarılaraq  daxili çəkişmələrin qarşısını almağa yollanır.  Silahlı dəstə ilə baş verən qarşıdurma nəticəsində P. Təhməzov qəhrəmancasına həlak olur.

Lənkəran şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Lənkəran şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, «23 Avqust» meydanında büstü qoyulmuşdur.

Ailəli idi, üç övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Təhməzov Paşa Qurban oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

VİKİPEDİYA

 

23 AVQUSTDA HƏLAK OLANLAR: LƏNKƏRANLI SOLTANAĞA BAYRAMOV

Стандартный

SOLTANAĞA BAYRAMOV.jpg

Bayramov Soltanağa Nəhmət oğlu 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur.

Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. Daha sonra təyinatla hərbi hospitalda işə başlamışdır.

1993-cü ildə silahlılar onun çalışdığı hospitala basqın etdilər.

Soltanağa burada əsl vətənpərvərlik nümunəsi göstərərək onlara müqavimət göstərdi, lakin bu döyüşdə o, faciəli şəkildə həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğluna ölümündən  sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Ailəli idi.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

http://www.adam.az/index.php?option=com_sobi2&sobi2Task=sobi2Details&sobi2Id=1633&Itemid=62

GÖRKƏMLİ AZƏRBAYCAN TARİXÇİSİ ƏLİÖVSƏT QULİYEVİN DOĞUM GÜNÜ

Стандартный

ƏLİÖVSƏT ƏLİYEV.jpg

Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyanda anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1944-cü ildə həmin fakültəni bitirmişdir.

Ə.N.Quliyev 1948-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1961-ci ildə nəşr etdirdiyi elmi əsərlərinin ümumi həcminə görə (300 ç.v.) tarix elmləri doktoru alimlik dərəcəsi almış və professor elmi adına layiq görülmüşdür. 1968-ci ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.

Ə.N.Quliyev 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru olmuşdur.

Ə.N.Quliyevin rəhbərliyi ilə 3 cildlik «Azərbaycan tarixi» hazırlanıb nəşr olunmuşdur. Dünya xalqları seriyasından «Qafqaz xalqları» (B., 1962), çoxcildlik «SSRİ tarixi» (I-VI cildlər, 1966-1968), «Rusiya neft sənayesində inhisarçı kapital (1883-1914)» (B., 1967) və s. əsərlərin müəlliflərindən, redaktorlarından və redaksiya heyəti üzvlərindən biri olmuşdur.

AEA-nın müxbir üzvü Ə.N.Quliyev elmi və ictimai fəaliyyətinə görə «Qırmızı Əmək Bayrağı» ordeni, «Qafqazın müdafiəsinə görə», «1941–1945-ci illər Böyük Vətən müharibəsində şərəfli əməyə görə» və b. medallarla təltif olunmuşdur.

vikipediya

23 АВГУСТА 1514 — ЧАЛДЫРАНСКАЯ БИТВА

Стандартный

Чалдыранская битва (тур. Çaldıran savaşı, перс. جنگ چالدران‎) — сражение, произошедшее 23 августа 1514 года между сефевидской и османской армиями вЧалдыране (к северо-востоку от озера Ван) ходе Османо-Сефевидских войн за контроль над Армянским нагорьемЗакавказьем и Месопотамией. Окончилось победой армии Османской империи и дальнейшим вступлением её в столицу Сефевидов, Тебриз, в которой они, однако, не смогли удержаться и вынуждены были отступить.

ÇALDIRAN

                 Шах Исмаил убивает в ходе битвы одного из османских командиров

Армия Османской империи, помимо иррегулярных частей тяжелой кавалерии (сипахи), и иррегулярной пехоты (яя и мюселлем), а также добровольческих подразделений дели и войнуков (добровольцы из балканских областей) включала части регулярной гвардии султана Капы-гулу (Дворцовая стража), составной часть которого был корпус янычар (пехота), капы-гулу сипахилери (тяжелая кавалерия) и артиллерия.

Армия Сефевидов была преимущественно иррегулярной, основу которой составляла тяжёлая кавалерия кызылбашей — джангевары. Действия тяжёлой кавалерии поддерживалось лёгкой кавалерией, ни пехоты, ни артиллерии в войске Сефевидов не было. Войско формировалось путём созыва вассальных шаху ханов и беков и их личных дружин.

Ещё до начала битвы полководцы Исмаила предлагали напасть на противника ночью, чтобы быть недоступными для османской артиллерии, на что Исмаил ответил: «я не разбойник, нападающий на караваны ночью». Таким образом, битва началась утром атакой турецких янычар. В ответ на это Исмаил I дал указ отбить атаку тяжелой кавалерией — джангевар. Сам Исмаил лично сражался против османского полководца Малкочоглу Бали-бея. Сефевидская тяжелая кавалерия смяла янычар, но в поддержку пехоте турки выслали свою тяжелую кавалерию — сипахов. Сипахи не смогли остановить атаки джангеваров и были разбиты. Ситуация на этом этапе сражения складывалась в пользу Сефевидов. Исмаил I дал команду всей армии атаковать турецкие позиции. Во главе его армии шла тяжелая кавалерия. Но, уже прорвав ряды противника, тяжелая кавалерия Сефевидов оказалась бессильной против ураганного огня турецкой артиллерии, которая буквально расстреляла и выкосила ряды кавалерии, не позволив им дальше занимать позиции турецких войск. Уничтожение тяжелой кавалерии, выступавшей в этой битве главной силой Сефевидов, фактически решило исход сражения, так как лёгкая кавалерия и пехота не играли значимой роли и были не в состоянии конкурировать с корпусом янычар. Новая предпринятая общая атака войск турок привела к поражению Сефевидов.

Личные вещи шаха Исмаила, захваченные Селимом во время Чалдыранской битвы. МузейТопкапыСтамбул

В ходе битвы сказалось техническое и качественное превосходство армии Османской империи, которая имела как регулярную тяжелую кавалерию, так и регулярную пехоту и артиллерию, в отличие от Сефевидов, чья армия, несмотря на высокие моральные качества, по сути, представляла собой типично средневековую армию, иррегулярную, основной силой которой была тяжелая кавалерия. У армии Сефевидов не было хорошего огнестрельного оружия и артиллерии, что также обеспечило им поражение. Лишь тяжёлая кавалерия могла их армии обеспечить победу, но та не справилась с артиллерией противника.

википедия