ŞƏHİDLƏR: QUBADLILI İRŞAD HƏSƏNQULİYEV

Стандартный

İrşad_Həsənquliyev

İrşad Həsənquliyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

İrşad Həsənquliyev 1961-ci il avqustun 2-də Qubadlı rayonunun [Çardaqlı] kəndində anadan olub.O, orta təhsilini rayonda alaraq, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətini Uzaq Şərqdə başa vurduqdan sonra 1982-ci ildə Çelyabinsk Metalurgiya İnstitutuna qəbul olur. 1986-cı ildə ali təhsilini başa vuraraq Çexoslovakiyaya təyinat alır. O, həm də bir sıra karate yarışlarında uğurla iştirak etmişdir. 1990-cı il 20 yanvar hadisələrindən sonra doğma Çardaqlıya qayıdır və milli orduya yazılır. 1991-ci ildə onu ermənilərlə həmsərhəd 7 kəndə zona komandiri təyin edilir. Onun rəhbərliyi altında dostları bir çox uğurlu əməliyyatlar həyata keçirir və bu əməliyyatların uğurlu alınması ilə əlaqədar ona döyüş dostları Qartal İrşad adını qoyurlar. İrşadın son döyüşü avqustun 20-də olur. Və bu döyüşdə aldığı yaradan həlak olur. 1994-cü ildə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilibdir.

Обсуждение закрыто.