Daily Archives: 20.08.2016

LAÇINLI MİLLİ QƏHRƏMAN FAZİL MEHDİYEVİN BU GÜN 50 YAŞI TAMAM OLARDI…

Стандартный

fazil_mehdiyev

Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 19841986-cı illərdə hərbi xidmətdə olmuşdur.

O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus «Niva» markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Ağdam rayonunun «Qarağacı» qəbristanlığında dəfn edilib.

 

20 AVQUSTDA HƏLAK OLANLAR: TEYMUR KƏRİMOV

Стандартный

Teymur Kərimov 1970-ci il noyabrın 16-da Quzanlı kəndində anadan olub.1987-ci ildə kənd orta məktəbini, 1990 -cı ildə isə Xındırıstan texniki peşə məktəbini bitirib, sürücülük vəsiqəsi alıb. Həmin ildə sovet ordusu sıralarına çağrılıb,ikiillik hərbi xidmətini Ukraynada başa vurandan sonra doğulduğu kəndə qayıdıb.

Bu vaxt cəbhədə döyüşlərin qızğın çağı, ordumuzun Ağdərə və Ağdam istiqamətlərində irəlilədiyi günlər idi.Bir yandan bu, bir yandan da üç-dörd ay əvvəl itkin düşən qardaşı Firdovsinin dərdi Teymuru rahat buraxmadı. Əsgərlikdən qayıdandan cəmi bir neçə həftə sonra Teymur könüllü olaraq milli orduya yazıldı.

Döyüş yolu Ağdərə istiqamətindən başlanan Teymur Canyataq, Gülyataq,Qazançı,Mehmanə kəndlərinin azad olunmasında iştirak edir,Canyataq və Gülyataq dağlarından dəfələrlə əldən-ələ keçdiyi qanlı döyüşlərdə böyük fədakarlıq göstərib.

1992-ci il avqustun 20-də də Gülyataq yüksəkliyi uğrunda gedən növbəti döyüşlərdən birində düşmən düşmən gülləsi Teymurun həyatına son qoydu.

 

 

 

ŞƏHİDLƏR: QUBADLILI İRŞAD HƏSƏNQULİYEV

Стандартный

İrşad_Həsənquliyev

İrşad Həsənquliyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

İrşad Həsənquliyev 1961-ci il avqustun 2-də Qubadlı rayonunun [Çardaqlı] kəndində anadan olub.O, orta təhsilini rayonda alaraq, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. Hərbi xidmətini Uzaq Şərqdə başa vurduqdan sonra 1982-ci ildə Çelyabinsk Metalurgiya İnstitutuna qəbul olur. 1986-cı ildə ali təhsilini başa vuraraq Çexoslovakiyaya təyinat alır. O, həm də bir sıra karate yarışlarında uğurla iştirak etmişdir. 1990-cı il 20 yanvar hadisələrindən sonra doğma Çardaqlıya qayıdır və milli orduya yazılır. 1991-ci ildə onu ermənilərlə həmsərhəd 7 kəndə zona komandiri təyin edilir. Onun rəhbərliyi altında dostları bir çox uğurlu əməliyyatlar həyata keçirir və bu əməliyyatların uğurlu alınması ilə əlaqədar ona döyüş dostları Qartal İrşad adını qoyurlar. İrşadın son döyüşü avqustun 20-də olur. Və bu döyüşdə aldığı yaradan həlak olur. 1994-cü ildə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilibdir.

LEYTENANT BƏHRAM RÜSTƏMOV BELƏ DƏYYUSLARDAN ÖTRÜ CANINI VERDİ?

Стандартный

Rüstəmov BƏHRAM

Bəhram Rüstəmov (1962-1994)

Lеytеnаnt, tаğım коmаndiri B.Rüstəmоv 1994-cü il mаrt аyının 3-də Füzuli rаyоnunun Аşаğı Sеyidəhmədli кəndi uğrundа gеdən döyüşdə аldığı qəlpə yаrаsındаn şəhid оlmuşdur.

Аzərbаycаn Rеspubliкаsı Prеzidеntinin 22 iyun 2006-cı il tаriхli fərmаnı ilə ölümündən sоnrа «Аzərbаycаn Bаyrаğı» оrdеni ilə təltif оlunmuşdur.

BƏHRAM OĞRAŞ

Bu isə başqa Bəhram Rüstəmovdur. Mənə yazır ki, guya “doğma torpağa ləkə gətirirəm”. Şirvan Kərimovu da hədələyir ki, onun haqqında Milli.az saytı “yazı hazırlayır”.

Bu dəyyusun “qeyrətinə” toxunub ki, Samarada talışlar Azərbaycan bayrağı(!) altında  öz doğm dillərində şeir deyirlər, mahnı oxuyurlar.

Neçə-neçə azərbaycanlı qadın indiyəcən ermənilərə əsirdir – bu dəyyusun qeyrətinə toxunmur.

Ermənilər Ağdam məscidinə işəyirlər – bu dəyyusun qeyrətinə toxunmur.

Qubadlıda ermənilər yeni yaşayış massivinin açılışını bayram edirlər – bu dəyyusun qeyrətinə toxunmur.

Talışların Azərbaycan bayrağı altında şeir deməyi, mahnı oxumağı bu dəyyusun qeyrətinə toxunur.

Baxın, şəkli səngərdə çəkilməyib, fahişə kimi bəzənib oturub, qabağına da yekə kitablar qoyub ki, ziyalıya oxşasın. Ancaq üzündən-gözündən dəyyusluq tökülür.

Belə dəyyuslar bizi vətəndən didərgin salıblar, qəriblikdə də rahat qoymurlar. Vətənin dörddən birini erməniyə veriblər, yarısından çoxunu da çeviriblər sıçovul oylağına. Qoxusu bura gəlib çıxır…

İndi sual çıxır: leytenant Bəhram Rüstəmov dəyyus Bəhramlardan ötrümü canını verib?

X.X.

 

XAN ŞUŞİNSKİNİN 115 İLLİYİ

Стандартный

XAN ŞUŞİNSKİ.jpg

Xan Şuşinski (tam adı: İsfəndiyar Aslan oğlu Cavanşir; 20 avqust 1901Şuşa – 18 mart 1979) — xanəndə, Azərbaycanın xalq artisti (1943).

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə «Kürd-Şahnaz» muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona «Xan Şuşinski» adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında «Mahur-Hindi», «Bayatı-Qacar», «Qatar» muğamları, «Qarabağ şikəstəsi», «Arazbarı», «Heyratı» zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində «Muğam studiyası» yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun «Qəmərim», «Şuşanın dağları» mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun «Qara göz» mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir.

vikipediya