ŞƏHİDLƏR:MİLLİ QƏHRƏMAN ELDAR XƏLİLOV

Стандартный

Eldar_Xəlilov

Eldar Xəlilov 19 avqust 1976-cı il Ermənistanın Zəngilər kəndində anadan olmuşdur.

 1988-ci ildə burada yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə birlikdə Bakıya gəlir və burada məskunlaşır. Təhsilini 96 və 252 saylı məktəblərdə davam etdirir.

29 sentyabr 1994-cü il hərbi xidmətə çağırılır.

1995-ci il 13-17 mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləşdirilməsi zamanı həlak oldu onun arzularla dolu gənc ömrü qırıldı…

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Реклама

Обсуждение закрыто.