19 AVQUSTDA HƏLAK OLANLAR: GƏDƏBƏYLİ QƏHRƏMAN İLHAM ƏLİYEV

Стандартный

İlham_Əliyev_(milli_qəhrəman)

lham Əliyev 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olur.

19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak oldu.

Evli idi. Bir övladı var.

Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Gədəbəy rayonunda dəfn edilib.

Реклама

Обсуждение закрыто.