Məmmədov Şahin Səməd oğlu — Azərbaycan şəhidi.
18 avqust 1965-ci ildə Ermənistanın Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə erməni millətçilərinin təzyiqi nəticəsində Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur.
1994-cü ilin yanvar ayında Milli Orduya getmişdir. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.