Daily Archives: 18.08.2016

ŞƏHİDLƏR: ŞAHİN MƏMMƏDOV

Стандартный

Şahin_Məmmədov_(şəhid).jpg

Məmmədov Şahin Səməd oğlu — Azərbaycan şəhidi.

18 avqust 1965-ci ildə Ermənistanın Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə erməni millətçilərinin təzyiqi nəticəsində Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur.

1994-cü ilin yanvar ayında Milli Orduya getmişdir. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

 

Реклама

18 AVQUST 1919 — CÜMHURİYYƏTİN SƏRHƏDLƏR HAQQINDA QANUNU

Стандартный

SƏRHƏDLƏR.jpg

1919-cu il avqust ayının 18-də parlamentdə «Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul olundu. Bu qanunun qəbulundan sonra sərhəd mühafizəsinin təşkili ilə bağlı əsas vəzifələr Maliyyə Nazirliyinə həvalə olundu və bu nazirliyin tərkibində əvvəl gömrük yığımları, sonra isə dövlət sərhədinin mühafizəsi şöbəsi yaradıldı. Bu qanunun qəbuluna qədər parlamentin qəbul etdiyi digər qanuna əsasən, qaçaqmalçılıq və qanunsuz ticarət dövriyyəsi ilə yalnız ölkə sərhədlərində deyil, həm də daxildə mübarizə 1919-cu ilin iyun ayının 23-dən etibarən maliyyə orqanlarına həvalə edilmiş və gömrük idarəsi hissəsi adlandırılan qurum ləğv olunaraq, onun əsas səlahiyyətləri Maliyyə Nazirliyinə verilmişdi. 

http://www.dsx.gov.az/1918-1920_ci_iller#

СОБОЛЕЗНОВАНИЯ ЛОЛЕ ШАМБЕР

Стандартный

ЕГОР С ДЕДОМ 2

Недавно ушел из жизни наш соотечественник Низами Гаджиев, уроженец Кюрдамира, много лет проживавший в Самарской области, последние годы — в Большой Черниговке. Похороны прошли на родине покойного.

Правление «Лиги азербайджанцев Самарской области» выражает глубокие соболезнования дочери покойного Лоле Шамбер, всем родным и близким.