Daily Archives: 17.08.2016

ŞƏHİDLƏR: HACIQABULLU HƏMİDAĞA SƏMƏDOV

Стандартный

Həmidağa_Səmədov_(şəhid)

Həmidağa Səmədov 17 avqust 1952-ci ildə anadan olmuşdur. Orta məktəbi həmin şəhərdə qurtarmışdır. 1969-cu il iyun ayında Hacıqabul işarəvermə rabitə stansiyasında elektrik mexaniki vəzifəsinə qəbul olunmuşdur.

Həmidağa Səmədov 1993-cü ildə Hacıqabul  rayonundan könüllü olaraq hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Həmidağa Səmədov Güllücə, Gəngərli, Sarıcallı, Cəvahirli, Suma Güllücə, Məlikli, Paprəvənd, Maqsudlu, Talışlı, Salahlı, Novruzlu kəndləri uğrunda döyüşdə cəsarət və mərdlik nümunəsi göstərmişdir. 1994-cü ilin 16 yanvar tarixində Ağdam rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.

Hacıqabul şəhərində dəfn olunmuşdur.

Ailəli idi. 4 övladı (Samirə, Babək, Rövşən, Samir) yadigar qalıb.

 

VİLİPEDİYA

 

Реклама

17 AVQUST — MÜSLİM MAQOMAYEVİN DOĞUM GÜNÜ

Стандартный

Müslüm_Maqomayev.jpg

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki «La Skala» teatrında təcrübə keçib. Enriko Pyatsa ilə «Sevilya bərbəri» operasından Fiqaronun, «Toska» operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin «Olimpiya» konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə «Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri«nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı FransaBolqarıstan,PolşaFinlandiyaKanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar «Oqonyok» jurnalı onun portretini və «Bakılı gənc dünyanı fəth edir» başlıqlı məqalə dərc edir.

Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən «La skala» teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.

Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında «Oxuyur Müslüm Maqomayev» adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ «Qırmızı Əmək Bayrağı» və«Xalqlar Dostluğu» ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir.

VİKİPEDİYA