Daily Archives: 16.08.2016

16 AVQUST 1993 — CƏBRAYIL VƏ FÜZULİNİN KƏNDLƏRİ İŞĞAL OLUNUB

Стандартный

16 avqust 1993 — Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndlərinin işğalı ilə nəticələnib.

Füzuli istiqamətindəAşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndlər ermənilərin əlinə keçib.

Erməni hərbi birləşmələri hər iki rayon mərkəzinin bir neçə kilometrliyində qərar tutublar.

CƏBRAYIL

 

http://azerbaycanli.org/az/page645.html

MİLLİ QƏHRƏMAN İSGƏNDƏR AZNAUROVUN BU GÜN 60 YAŞI TAMAM OLARDI

Стандартный

aznaurov

İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Ahısqa türkü ailəsində dünyaya gəlmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışıb.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə ahısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.

başlayanda İsgəndər Aznaurov 1992-ci ilin baharında könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır.1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir.

Aznaurovu «N» saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdur. Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir.

1993-cü il 18 apreldə Gədəbəyin «Örükdaş»da gedən döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ailəli idi, 3 qızı var.

Azərbaycan xalqı arasında “Topçu İsgəndər” kimi tanınırdı.

Onun şərəfinə Gədəbəy rayonunun Şınıx kəndinin Mormor yüksəkliyində «İsgəndər qalası» və «İsgəndər postu» adlandırılıb. Aznaurovun istifadə etdiyi KS19 topu isə hələ də nümunə olaraq saxlanılır. Şəmkir rayonunda Ceyrançöldə salınmış qəsəbəyə onun adı verilib. Gədəbəydə “N” saylı hərbi hissənin önündə isə büstü ucaldılıb.

Şəmkir rayonunun Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır. Məktəbin qarşısında onun büstü ucaldılıb. Şəmkir rayonunda 2 saylı orta məktəbdə isə onun adına “Xatirə muzeyi” yaradılıb. Muzeydə Aznaurovun həyatını, keçdiyi döyüş yolunu əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb.