ŞƏHİDLƏR: XIRDALANLI VÜSAL XƏLİLOV

Стандартный

Vüsal_Xəlilov

Vüsal Xəlilov – Qarabağ müharibəsi iştirakçısı

Vüsal Ədalət oğlu Xəlilov 1972-ci il dekabr ayının 18-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini bitirib. Zabit olmaq arzusuyla sənədlərini Cəmşid Naxçıvanski adına hərbi məktəbə verib. Qismət olmayıb. Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Belarus Respublikasının paytaxtı Minskdə 7 ay xidmət edəndən sonra Azərbaycana qayıdıb. Milli ordunun sıralarına qoşulan Vüsal ŞuşaAğdamFüzuli uğrunda gedən döyüşlərdə vuruşub. 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən qanlı döyüşdə düşmənin «Qrad» qurğusundan atdığı mərmi parçalarından ürək nahiyəsindən və başından ağır yara alıb. Qəfil olaraq 1996-cı il avqustun 11-də döyüş zamanı ürək nahiyəsindən aldığı mərmi parçasının yaratdığı narahatlıqdan dünyasını dəyişib.

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.